Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Avropa Türkiyəni parçalamaq üçün şiələrə 30 milyon ayırdı

05.03.2020 10:58

Türkmən Ələvi Bəktaşi Fondunun sədri Özdəmir Özdəmir “Almaniyadan 30 milyon Avroluq dəstək alan sözdə Ələvi təşkilatları 16 Apreldə açıq şəkildə “xeyr” kampaniyası təşkil ediblər” -deyib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Xeyr” cəbhəsinin 16 Apreldə uğursuz olmasından sonra PKK, DHKP-C və FETÖ Türkiyəni qarışdırmaq üçün hərəkətə keçib. Özdəmir Özdəmir qeyd edib ki, Avropa Əlisiz Ələvilik nəzəriyyəsilə Ələviliyi İslam xaricində azlıq din kimi göstərib Türkiyəni xaosa yuvarlayır.  “Almaniya hər il Ələvilik layihəsinə 30 milyon avroluq büdcə ayırıb və bu pulu alan təbəqə vasitəsilə  Türkiyəni daim bir-birinə qatmaq istəyir.  Sözdə Ələvi təşkilatları 16 Apreldə açıq şəkildə “xeyr” kampaniyası apardılar. Bu təşkilatlar, ev-ev, küçə-küçə gəzərək “xeyr” bukletləri paylayıblar”.

ƏLƏVİ-SÜNNİ QARŞIDURMASI YARATMAQ İSTƏYİRLƏR

Özdəmir Almaniyanın xarici kəşfiyyat təşkilatı Federal Kəşfiyyat Xidmətinə (BND) işləyən sözdə Ələvi təşkilatları və nümayəndələrinin olduğunu bildirib. “Əlisiz Ələvi layihəsilə daxili qarşıdurma yaradaraq Türkiyəni parçalamaq istəyirlər.Gezi hadisələrində məşq etdilər. 15 İyulda bir sıra mesajlar verərək Ələvi həmvətənləri küçəyə çıxmaq istədi və indi isə referendum nəticələrinə görə təxribat törədərək küçəyə çıxartmaq istəyirlər. Kürd – Türk müharibəsi törətmək istədilər, amma uğurlu olmadı, Ələvi-Sünni qarşıdurması yaratmağa çağırırlar”.