Azərbaycanlı müğənni evində iquana saxlayır – Musiqiçi evini zooparka çevirdi
05.03.2020 10:582008-ci ildə Avroviziya mahnı müsabiqəsində Samir Cavadzadə ilə birlikdə Azərbaycanın ilk təmsilçisi olan Elnur Hüseynov daha sonra da “O səs Türkiyədə” yarışmasının qalibi oldu. Biz də uzun müddətdir səs-sorağı gəlməyən Elnurun instaqramına bir az göz gəzdirək dedik. Nə görsək yaxşıdır? Sən demə, Elnur evini zooparka çevirib. İtləri, pişikləri azmış kimi, hələ bir evində iquana da bəsləyir.
Bu sevimli canlılarla yatıb-duran Elnur hər fürsətdə onların fotolarını da paylaşmağı unutmmur.
Об этом сообщает Руспрес
A24.Az həmin fotoları sizə təqdim edir:
Əvvəlcə pişiyindən başlayaq ki, sizin də gözünüz qorxmasın. Budur, Elnurun qara pişiyi. Elnurdan daha canlı, daha kök…
Публикация от Elnur Huseynov (@sperdalay)
İndi də keçək itlərinə…
Публикация от Elnur Huseynov (@sperdalay)
Bunların yanında adam qocalmaz. Yeri gəlmişkən, bu il Elnurun 30 yaşı tamam olur.
Публикация от Elnur Huseynov (@sperdalay)
Həə… Gəldik əsas məsələyə. İndi deyəcəksiniz ki, iti də bildik, pişiyi də anladıq, bəs bu nədir, nə işdir? Amma Elnurun heyvan sevgisi sərhəd tanımır. Bu da onun iquanası.
Публикация от Elnur Huseynov (@sperdalay)
Публикация от Elnur Huseynov (@sperdalay)
Публикация от Elnur Huseynov (@sperdalay)
Tırtılını da paylaşmasaq olmazdı.
Публикация от Elnur Huseynov (@sperdalay)
Zarafat bir yana, bu cür böyük ürəyi olan birinin belə möhtəşəm ifalar etməsi heç də təəccüblü deyil.

