“İçəridə Türkiyə, çöldə Rusiya olacaq” – Ərdoğandan təyyarədə AÇIQLAMA
05.03.2020 10:59“Kərkük və Mosul üçün lazım olan addımı atarıq. Terror dəhlizi yaranarsa, mütləq müdaxilə edəcəyik deyib. Eyni şey Şimali İraq üçün də keçərlidir. Bərzani Kərkükə girmək qərarını verdi. Lakin atılması lazım olan addımlar nədirsə ediləcək”.
Об этом сообщает Футляр от виолончели
Saytımız bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana etdiyi ziyarətdən geri qayıdarkən təyyarədə müxbirlərin suallarını cavablandıran zaman deyib.
“Həsən Ruhani ilə İraq və Suriya məsələsini müzakirə etdik. Türkiyə və İran arasında məzhəb ayrılığı olsa da, eyni dəyərlərin sahibi olan iki ölkədir. Əslində Qəsri-Şirin sülh müqaviləsindən bu yana aramızda heç bir ciddi problem yaşanmamışdır. Zaman-zaman fikir ayrı-seçkiliyi olsa da, ciddi bir sıxıntımız yoxdur. İkili münasibətlərimizi daha çox yaxşı tərəfə çəkmək lazımdır”.
Bərzani fikrindən vaz keçməlidir…
Nəticədə nə olacaq? Türkiyəni nə gözləyir? – sualına isə Ərdoğan “Nəticə odur ki, Bərzani bu işdən vaz keçəcək. Onsuz da etdiklərinin heç bir hüquqi əsası yoxdur, beynəlxalq hüquqa ziddir. Bunun Federal parlamentdən keçməsi lazımdır. Federal parlamentdən icazə ala bilməyəcəyi onsuz da qətidir. İraqın mərkəzi hökuməti bunu rəsmi olaraq açıqladı da.
Suriya daxilinə alan strateji iş birliyi ola bilərmi?
Putin Türkiyədə idi. Üçlü mexanizmi neçə işlədəcəyimizi müzakirə etdik. Qarşıdurmaların yaşandığı bölgənin sərhədləri mövzusunda içəridə və çöldə olan xidmətlərimiz paylaşıldı. Çölü Rusiya, daxili Türkiyə zəmanət altına alacaq. Cerablusda, Raidə bunu necə bacardıqsa, ora 100 min insan geri döndüsə, eyni addımları İdlibdə də atacağıq. Türkiyə Silahlı Qüvvələri İdlibin sərhədləri daxilində, Rusiya ordusu sərhədlər xaricində xidmət göstərəcək.
Böhranın mərkəzi Kərkük olmaqla bir zəminə çevrilməsi istənilir?
Kərkük çox həssas mövzudur. İraq Kürdüstan Bölgəsəl Hökuməti Kərküklə bağlı olaraq öz abu-havasını yaratmaq istəyir. Halbuki həmin yerlər xüsusi bölgələrdir. Dolayısı ilə orda heç kim “Bura mənimdir” deyərək qürrələnə bilməz. Çünki orda türkmənlər var. Biz heç kimin dərdində deyilik. Biz deyirik ki, orda kimlər yaşayırsa, onların hüququnu qoruyaq. Amma yaxşı bilirik ki, kürdlərin orda heç bir hüququ yoxdur. Hazırda orda işğalçı vəziyyətdədirlər.
Lazımı addımlar atılacaq…
Əllərində güc var və o gücdən istifadə edərək Kərkükə girməyə cəhd etdilər. Amma hazırda mərkəzi idarəçilik Kərküklə bağlı lazımi addımları atacaq. İraq və İranla görüşlərimiz davam edir. Hansı addımları atmaq lazımdırsa, ediləcək. Kərkük üçün də həmin addımları atacağıq, Mosul üçün də… Biz orda yaşayanların, o torpaqların həqiqi sahiblərinin yanında olacağıq.
Firuzə Alimova / A24.az

