Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İki ay ərzində 3 ana ölümü baş verən xəstəxana ilə bağlı hansı tədbir görüldü? NAZİRLİYİN MÜNASİBƏTİ – ARAŞDIRMA

05.03.2020 11:00

Son iki ay ərzində Gəncədə 4 ana ölümü(!) qeydə alınıb. Durumu daha da ciddiləşdirən məqam odur ki, bu hadisələrdən 3-ü eyni xəstəxanada – Gəncədə fəaliyyət göstərən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında baş verib. Digər bir ölüm isə Gəncədə Regional Perinatal Mərkəzdə qeydə alınıb.
A24.Az xəbər verir ki, 11 ay öncə 2016-cı ilin fevral ayında prezident İlham Əliyev bu xəstəxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Tanışlıq zamanı səhiyyə naziri Oqtay Şirəliyev prezidentə şəxsən məlumat verib ki, “Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nailiyyətləri olan digər avadanlıq və cihazlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür”. 
Bu innovasiyalarla xidmətə davam edən xəstəxanada açılışdan cəmi 3 ay sonra 3 aylıq hamilə olan şəhər sakini 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova xəstəxanaya müraciət edib. Xəstəxanada ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyatdan sonra qadın dünyasını dəyişib.
Hadisələrin kuliminasiya nöqtəsi isə son iki ay ərzində qeydə alınan ölüm hadisələridir. Ötən ilin dekabr və bu ilin yanvar ayında, cəmi 42 gün ərzində Abbas Səhhət adına şəhər 1 saylı xəstəxanada ardıcıl 3 ana ölümü qeydə alınıb. 2016-cı ilin dekabr ayının 10-da şəhər sakini 1994-cü il təvəllüdlü Səbinə Allahverdiyeva xəstəxanada doğuş zamanı ölüb. Bundan cəmi 25 gün sonra, 2017-ci ilin yanvar ayının 4-də xəstəxanada növbəti ölüm hadisəsi baş verib; 1988-ci il təvəllüdlü Gülşən Aslanova abort zamanı narkozdan dünyasını dəyişib. Yanvar ayının 21-də isə Goranboy rayon sakini 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı hamiləlikdə yaşadığı problemlə bağlı müraciət etdiyi eyni xəstəxananın ginekologiya şöbəsində canını tapşırıb.
Texnologiyanın son dərəcə inkişaf etdiyi bir dönəmdə 40 gün ərzində eyni xəstəxanada 3 qadının ginekoloji problem üzündən dünyasını dəyişməsi yetərincə ciddi hadisə olduğundan öncə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası ilə əlaqə saxladıq. Uzun çətinlikdən sonra xəstəxananın baş həkimi Nazim Əhmədov A24.Az –ın sualına cavab olaraq öncə bu ana ölümlərinin başqa xəstəxanalarda baş verdiyini qeyd etdi. Faktlar sadalandıqdan sonra Nazim Əhmədov telefonda danışmaq istəmədiyini bildirdi. Telefonu söndürməmişdən öncə qeyd etdi ki, bu barədə xəstəxanaya məktubla müraciət edək.
40 gün ərzində 3 ölüm hadisəsinin qeydə alındığını nəzərə alsaq, məktubumuzun Gəncəyə yetişməsinə və oradan cavab qayıdana qədər bu xəstəxanadan növbəti ana ölümü ilə bağlı qara xəbər almayacağımıza kimsə zəmanət verə bilməz.
Səhiyyə Nazirliyinin artıq ölüm yuvasına çevrilmək üzrə olan xəstəxana ilə bağlı hansısa tədbir görülüb, görülmədiyini öyrənməyə çalışdıq. Öncə onu qeyd edək Səhiyyə Nazirliyinin mətbuat xidməti (012) 565-12-07), qaynar xətti 9103(0) və digər aidiyyatı nömrələri 6 saat ərzində müxtəlif telefon nömrələrindən etdiyimiz çağrıların heç birinə cavab vermədi. Sonda nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın mobil telefonu ilə əlaqə saxladıq. Liya Bayramova bu informasiyanın dəqiqliyinə şübhə ilə yanaşdı, daha sonra bildirdi ki, bu istiqamətdə nazirliyin “Doğuşa Yardım Komissiyası” monitorinq aparır. “Bu komissiya bizə mütəmadi məlumatlar ötürür. Təxminən 30 dəqiqə sonra durumla bağlı sizə açıqlama verəcəyik”.
Nazirlikdən aldığımız son cavab da elə bu oldu. Daha sonra mətbuat xidmətinin rəhbəri də telefonu açmadı. Görünən tərəfi budur ki, xəstəxanada bu məsələ ilə bağlı heç bir tədbir görülməyib. Azından baş həkim hələ də yerindədir və hadisələrdən nəticə çıxarmaq əvəzinə baş verənləri ictimaiyyətdən gizlətməyə cəhd edir, eynilə tabe olduğu nazirlik kimi.

Об этом сообщает Руспрес

Sərdar Amin

Redaksiyadan: Məsələ ilə bağlı Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxananın rəhbərliyi və Səhiyyə Nazirliyi açıqlama vermək zəhmətinə qatlaşsa,  A24.Az portalı həmin fikirləri yayımlamağa hazırdır.