İlin sonunda Qərb iqtisadi sistemi çökəcək, həyatımızın ən böyük iflasını yaşayacağıq
05.03.2020 11:02Qlobal bazarların ən məşhur investorlarından Cim Rocers qarşıdakı bir neçə il ərzində Qərb sisteminin tamamilə çökəcəyini deyib.
Об этом сообщает Роспрес
Əfsanəvi investor “Business Insider”a verdiyi müsahibədə bu il sonunda və ya gələn il ən böyük böhranının yaşanacağını bildirib:
“Amerikadakı bəzi səhmlər sabun köpüyünə çevrilir. Şarlar yaranır. Və bununla da sistem çökəcək. Dövlətlərin iflas etdiyini görəcəksiniz. İslandiya kimi. Başqa ölkələr də bu dəfə batacaq. Qərb mədəniyyəti çökəcək. Həyatınız boyu yaşayacaqsınız ən böyük iflas olacaq”.
O, 2008-ci ildəki böhranda olduğu kimi, partlayışın heç gözlənilməyən bir ölkədən gələcəyini deyib: “2007-ci ildə İslandiya iflas etdi. Hər kəs təəccübləndi. Daha sonra İrlandiya dağıldı. Dövran hər zaman belə olub. Hər zaman baxmadığımız yerdən başlayır hər şey”.
ABŞ başda olmaqla dünyadakı borc miqdarının heç vaxt bu qədər çox olmadığını vurğulayan Rocers, “2008-ci il böhranında Çinin əlində pis günlər üçün böyük ehtiyat var idi . Çətin günlər gəldi və onlar da pullarını xərcləməyə başladı. Hazırda Çinin də borcu var. ABŞ Mərkəzi Bankının borcu isə 2008-ci illə müqaisədə beş qat daha böyükdür”, – deyə əlavə edib.

