İncəsənətdən faydalanıb gülləkeçirməz lövhə kəşf etdilər – VİDEO
05.03.2020 11:02“Brigham Young” Universitetindəki mühəndislər güllənin qarşısını ala bilən və bükülərək bağlanan lövhə hazırlayıb.
Об этом сообщает Руспрес
“Oriqami” sənəti ilə hazırlanan bəzi fiqurlara yəqin ki, rast gəlmisiniz? Lakin bu sənətin mühəndislərə ilham verəcəyi və bundan yararlanaraq güllənin qarşısını ala biləcək bir lövhə düzəldəcəkləri kimsənin ağlına belə gəlməzdi. Ancaq “Brigham Young” Universitetində fəaliyyət göstərən mühəndislər bunu bacarıb.
Saytımız Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri üçün faydalı olan bu lövhə 20 kilo ağırlığındadır. Lakin onun əsas özəlliyi onun çox asanlıqla daşına bilməsi və qatlana bildiyi üçün asanlıqla açıb böyütməyin mümkün olmasıdır. Lövhənin bu xüsusiyyəti “oriqami” sənətindən təsirlənərək hazırlanıb.
Məlumata görə, lövhənin polad əvəzinə alüminiumdan hazırlanması onun ağırlığını bir qədər azaldıb. Lövhə eyni zamanda 2-3 nəfəri qoruma tutumuna sahibdir.
Saytımız gülləkeçirtməz lövhənin videogörüntülərini təqdim edir:

