Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İndiyə qədər kosmosa hansı heyvanlar göndərilib? – SİYAHI

05.03.2020 11:03

Kosmosa edilən səyahət zamanı heyvanlardan istifadə edilməsi adi hal deyil. Bəs, o zaman indiyə qədər hansı heyvanlar kosmosa göndərildi?

Об этом сообщает Футляр от виолончели

Saytımız kosmosa səyahət edən heyvanların siyahısını təqdim edir:

1 – Dünyada ilk dəfə 1957-ci ildə kosmosa Layka adlı it göndərilib. Küçə iti olan canlı onunla birlikdə seçimlərdə iştirak edən digər iki rəqibini geridə qoymağı bacarıb. Kosmosa qalxandan bir neçə saat sonra dünyasını dəyişsə də, Laykanın səyahəti uğurlu hesab edilib. Bununla da hər hansı bir canlının kosmos sınağından sağ çıxa biləcəyi və çəkisizlik şəraitində dayana biləcəyi göstərilib.

Kosmos itləri…

Fotoşəkildə SSRİ Elmlər Akademiyasında baxıcılar kosmosa gedəcək itləri təqdim edərkən…

1950 və 1960-cı illərdə ruslar kosmosa ən azı 57 it göndərib. Lakin kosmosa yola salınan itlərin sayı əslində azdır. Çünki bir heyvan bir neçə dəfə kosmosa göndərilib.

Balaca adam…

Şəkildə kosmosa uçmazdan əvvəl təlim keçən və kapsulaya bağlanmış sincab meymun göstərilib. “Balaca adam” adı verilən meymunun eyni təlim müddətindən keçən yoldaşı Qordo 1958-ci ildə yerdən 500 km yüksəkliyə 15 dəqiqəlik bir gediş-qayıdışla iştirak edib.

Qordo dünyaya sağ-salamat geri dayıda bildi, amma eniş zamanı paraşütü açılmadığı üçün dənizə düşür. Axtarışlar aparılsa da Qordonun kapsulu tapılmayıb.

Kosmosa ilk səyahət edən və sağ qalan iki meymun – Able və Baker NASA-nın keçirtdiyi mətbuat konfransında kameralar qarşısına keçib.

1959-cu ildə çəkilən şəklin sağ tərəfində olan 3,2 kq-lıq meymun Able, sol tərəfdə olan 5 kq-lıq meymun isə Bakerdir.

Lakin Able dünyaya geri qayıtdıqdan 4 gün sonra bədənində infeksiyaya yol açan elektrodun çıxarılması üçün keçirdiyi əməliyyat zamanı ölür. lakin Baker 1984-cü ilə qədər yaşamı bacarır.

Yuri Qaqarinin aprel ayında orbitə çıxmasından bir neçə ay əvvəl 1961-ci ilin qışında NASA, “Mercury” proqramının əskiklərini aradan qaldırmaq üçün şimpanzelərin istifadə edirdi.

Holloman təhsil proqramı çərçivəsində şimpanzelər işıq və səs vasitəsi ilə sadə hərəkətləri yerinə yetirmələri öyrədilirdi. Beləliklə, Holloman proqramı çərçivəsində  təlim alan şimpanzelərdən ikisi uğurla hayata keçirilib. Ham adlı şimpanzenin 1961-ci ilin yanvar ayında etdiyi səyahət 16 dəqiqə 59 saniyə davam edib.

Hamdan 10 ay sonra kosmosa göndərilən yoldaşı Enos dünya ətrafında iki dəfə fırlanmağı bacarır.

Lakin Ham qısa çəkən səyahətdən sonra kapsulu ilə birlikdə Atlantik okeanına düşür. Xilasedicilər tərəfindən dənizdən çıxarılan Hamın burnu çürümüşdü.

Beləliklə, Ham və Enosun kosmosa etdiyi uğurlu səyahətindən sonra NASA kosmosa insan göndərməyə hazır olduğuna qərar verir.

20 fevral 1962-ci ildə kosmosa göndərilən ilk adam amerikalı Jhon Glenn olub.