İndoneziyada İslamı yayan azərbaycanlı
05.03.2020 11:03İtirilmiş tarix və yaxud da İslamın yayılmasında azərbaycanlıların rolu.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, Amsterdamdakı “Tropenmuseum”da saxlanılan, təxminən 100 ildən də artıq bir zamana aid olan gördüyünüz bu fotodakı məzar Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi Malik İbrahimin İndoneziyadakı məzarıdır.
İndoneziyada onu Şeyx Mövlanə Malik İbrahim əs-Səmərqəndi və yaxud da Sunam Qirsik deyə tanıyırlar.
7 aprel 1419-cu ildə vəfat etmiş həmvətənimiz Səmərqənddə dini təhsil aldıqdan sonra İndoenziyaya gedərək orada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır.

