İnək aparan müsəlmanları vəhşicəsinə döydülər – Aralarında ölən var
05.03.2020 11:03Hindistanda müsəlmanlar avtomobili ilə inəkləri aparan zaman bir qrup insan tərəfindən linç edilib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Radjastan şəhərində yaşanıb. 200 nəfərə yaxın insan mal-qaranı daşıyan müsəlmana hücum edərək onları amansızcasına döyüb. Əldə edilən məlumatlata görə, döyülənlərdən biri hadisədən 2 gün sonra aldığı xəsarətlərdən dolayı dünyasını dəyişib.
Polis hadisəni törədənlərdən heç kimi həbs etməyib. Əksinə, hadisənin qurbanı olan 6 nəfərin inəklərin qaçaqmalçılığı ilə məşğul olduqları üçün cəzalandırılmasını tələb edir.
Qeyd edək ki, Hindistanda inəklər müqəddəs sayılır. İnəklərin öldürülməsi bəzi ştatlarda onu öldürənlərin ölüm cəzası ilə nəticələnir. Ona görə də ölkədə inəklərin daşınması üçün xüsusi lisenziya lazımdır.

