Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“İnəklə iqtisadi canlanma yaratmaq mümkün deyil” – EKSPERTDƏN ANALİTİK MÜSAHİBƏ

05.03.2020 11:03

A24.Az xəbər portalının bu dəfəki müsahibi iqtisadı ekspert Natiq Cəfərli olub. Əməkdaşımızla söhbət zamanı iqtisadçı son günlər baş verən iqtisadi proseslərdən və hökumətin bu proseslərdə necə addım atıdığından söz açıb. Müsahibə zamanı ekspert xarici bankaların ölkəmizə niyə gəlmədiyini də açıqlayıb.

Об этом сообщает Футляр от виолончели

– Ajiotajın qarşısını almaq üçün bağlanmış “exchange”lər niyə yenidən açılır?

-Azərbaycan iqtisadiyyatı ilə bağlı fəlsəfi yanaşma ortaya qoysaq deyə bilərik ki, son vaxtlar qəbul edilən qərarlar düşünülmür, test olunmur. Tam şəkildə müzakirə olunmadan tez şəkildə qərarlar verilir. Demək olar ki, bir çox hallarda bunu görmüşük. Sonradan o qərarların effektiv olmadığını və nəzərdə tutulan təsirlərə malik olmadığını gördükdən sonra  əks qərarlar baş verir. Yəqin ki, hamı xatırlayır valyuta dəyişmə məntəqələri bağlanarkən ən böyük səbəb kimi valyuta bazarında ajiotajın aradan qaldırılması üçün addım atıldığı deyilirdi. O zaman doğurdan da ajiotaj var idi, valyuta dəyişmə məntəqələrini bağlamaqla bu ajiotajın qarşısının alınacağı düşünülürdü. Amma əks effekt yarandı.

-“Qara bazar yarandı” – Birinci səbəb

-Valyuta dəyişmə məntəqələri bağlandıqdan sonra qara bazarın genişlənməsinin şahidi olduq. Əksinə olaraq ajiotaj daha da artdı. İnsanlar valyuta ala bilmirdilər. Əllərində olan valyutanı normal dəyişə bilmirdilər bu da ajiotajı daha da gücləndirdi.

-İkinci səbəb…

 -“Exchange”lərin bağlanmasının daha bir mənfi xüsusiyyəti ondan ibarət oldu ki, ölkə turizmi inkişaf etdirmək istəyir amma valyuta dəyişmə məntəqələrinin bağlı olması şənbə – bazar, bayram günləri və ya bankdan saat 6-da iş vaxtı qurtardıqdan sonra əllərində olan valyutanı manata, manatı xarici valyutaya çevirməkdə çətinlik çəkməyə başladılar. Bu da həm ölkə vətəndaşları həm də turistlər üçün çox narazıçılıq və narahatlıq yaradırdı. Ümumiyyətlə turistlik bölgələr də və turistik şəhərlərdə özümüz bunun dəfələrlə şahidi olmuşuq. Gürcüstanda, Türkiyədə əsasən mərkəz hissələr də hər addım başı “exchange” var. Və bu obyetklər axşam gec saatlara qədər çalışırdılar. Bu da turistlər və yerli əhali üçün böyük üstünlük saxlayırdı. Qarşıya məqsəd qoyulmuşdu ki, ajiotajın qarşısı alınsın ancaq əks effekt yarandı. Ajiotaj artdı və qara bazarın yaranmasına səbəb oldu.

-Üçüncü səbəb..

Digər mənfi cəhət ondan ibarət oldu ki, təqribən müxtəlif hesablamalar var amma ortalama götürdük də 4000-ə yaxın insan bu məntəqələrin bağlanmasından sonra işsiz qaldı. İndi Mərkəzi Bank, palata və hökumət görünür bu qərarın heç bir ciddi effekti olmadığını anladılar. Əks effektlər doğurdu və əksinə işsizliklə bağlı problemlər yaratdı. Bu qərarı heç kim normal qəbul etmədi və bu səbəbdən də narahatçılıqlar yaratdı. Bundan bir müddət sonra yenidən qərar verildi ki, təxminən 500 manat illik lisenziya xərci olmaqla və müxtəlif təhlükəsizlik qaydalarına cavab vermək şərtilə valyuta dəyişmə məntəqələri açılacaq.

“Yenidən açılacaq “exchange”lərin məqsədi aydındır”

-Açılmağın da məqsədi aydındır. Həm əlavə vəsaitin büdcəyə cəlb olunması(lisenziyaların alınması şərti ilə) düşünülür. Həm bu sahədə müəyyən iş yerləri yaradılacaq, həm də vətəndaş və turistlər üçün müəyyən  üstünlüklər saxlanılacaq. Günün müxtəlif saatlarında şənbə bazar və bayram günləri “exchange”lər işləyəcək. Amma ortaya belə bir sual çıxır ki, valyuta dəyişmə məntəqələri uzun müddət çalışırdı müəyyən müştəri şəbəkəsinə malik idi, müəyyən sifarişlərlə valyuta yığırdılar və yaxuda da manata dəyişirdilər. Sözünü pozitiv mənasında hətta bir şəbəkə qurmağa nail olmuşdular. Amma buna baxmayaraq bütün şəbəkə dağıldı.

Kim yenidən risk edib “exchange” açar?

İndi bu lisenziyların alınması yolu ilə müəyyən tələb və qaydalara riayət etmək yolu ilə nə qədər insan bu sahəyə yenidən qoşulacaq bax bu da sual altındadır. Çünki valyuta əməliyyatların özü böyük bir riskə çevrilib. Bankları özləri böyük bir valyuta dəyişmə məntəqəsinə çevriliblər. Çünki başqa əməliyyatlardan pul qazana bilmirlər, kreditləşmə çox aşağı səviyyədədir. Verdikləri kreditləri toplaya bilmirlər.

“Bu bankların əlavə gəlir yeridir”

Banklara əməliyyat xərclərini ödəmək üçün valyuta dəyişmə əməliyyatından istifadə edirlər. Məzənnənin 0.78 qəpik olduğu dövrdə 10 dolların alış-satış arasındakı fərq 0.15-0.20 qəpik idi. İndi isə bu bəzi banklarda 3-4 manat bəzilərin də isə 6-7 manata dək yüksəlib. Yəni dəfələrlə artıb. Məbləğin artması da banklara əlavə qazanc gətirir. Təbii ki, valyuta dəyişmə məntəqələrinin açılması doğru addımdır. Ancaq niyə bağlanırdı və bununla bağlı qərar verən şəxslər ən azından özlərində məsuliyyət hiss edirlərmi, bax bu sual hələ də açıq qalır.

İqtisadi artım üçün 3 əsas xətt var

Daşınan əmlakın girovu məsələsinə gəlincə isə qeyd etmək istərdim ki, hər bir ölkənin iqtisadi artımı üçün həmişə 3 əsas xətt olur:

1)Büdcə xərcləmələri

2)Bank kreditləri

3)Xarici investisiyalar

Azərbaycan böyük neft pulları dövründə, neftin qiymətinin baha olduğu dövrdə demək olar ki, bu və ya digər şəkildə hər 3 istiqamətdə istifadə edirdi. Bu da müəyyən uğur hekayəsinin yaranmasına səbəb olmuşdu. Yəni ölkə analoqu olmayan inkişaf tempinə nail olmuşdu. 25-29% artım olurdu. Çünki xarici kapital neft sektoruna gəlirdi. Banklar çox böyük kreditləşmə həyata keçirirdilər. İnsanlar çəkinmədən kreditə əşyalar alırdılar, iqtisadi aktivlik artıq idi. Və ilbəil büdcə xərcləmələri artırdı.

İndi nə baş verir?

Hazırda büdcə xərcləmələri son 10 ilin səviyyəsinə düşüb. Yəni biz yenidən 2007-ci il səviyyəsinə düşmüşük. Büdcə xeyli dərəcədə kiçilib. Xərcləmələr azalıb. Tək təmir tikinti sektorunda son ildə 42% azalma müşahidə olunub. Banklarda böyük problem yaşanır. Kredit verə bilmirlər. Və verdikləri kreditləri də yığa bilmirlər. Problemli kreditlərin həcmi dəfələrlə artıb. Bu da böyük bir problemdir.

“Xarici investor Azərbaycana gəlmir”

Qeyri-neft sektorundan biz bunu görmürük. Əks prosesi görürük ki, məsələn keçən ilin son rübündə  51 xarici şirkətin Azərbaycan nümayəndəliyi qapandı. Bu da onunla əlaqədardır ki, hökumət Mərkəzi Bank və Palata çox ciddi və qorxuducu addımlar atırdı. Məsələn, bu il vergi məcəlləsinə bir gecədə 201 dəyişiklik edildi bu İnvestorları qorxudan addımdır. Vergi məcəlləsi ilə bu qədər oynamalar olursa, o ölkədə dayanıqlı iş qurmaq problemdir. İkinci bir məsələ nağd pul dövriyyəsinin bank əməliyyatlarına bir nəzarət qaydaları gətirirdi. İnsanlar öz vəsaiti belə banklardan çıxarda, nağdlaşdıra bilmirdilər. Mənqitini anlayıram Mərkəzi Bank, palata və hökumət istəyir ki, nağdsız ödənişlər artsın və bu yolla şəffaflığa nail olsun. Bu inzibati qayda ilə ancaq qorxutmaqla, cərimələrlə və yaxudda qadağalarla olmur. Hər hansı bir ölkənin təcrübəsinə baxsaq görərik ki, şəffaflanma dövrü təşviqlərlə olub. Yəni, hökumət istəyirsə ki, şəffaflıq olsun, qeyri nağd əməliyyat edənlərə vergi üstünlükləri və yaxud da digər üstünlüklər saxlamalıdır. Bu da ancaq qadağalarla olurdu.

– “Xarici investorlarla neft layihələri bitib, tək qalan Şahdəniz 2 layihəsidir”

Burda da ən böyük insevtor elə biz özümüzük. Orda daxili investisiyalara daha çoxdur. Bu sadaladığım  yolun hamısı bağlanıb. İndi banklara kömək məqsədilə daşınar əmlakın girov məsələsini ortaya qoyublar. Amma indiki faizlərlə məsələn 25-30%-lə hər hansı bir fiziki şəxs inəyini girov qoyub 500 manat pul götürəcəksə, o bu pulla nə edəcək ki? Yəni bu pulla iş qura, heç bir əməliyyat həyata keçirə bilməz. Bu pulla o öz ehtiyaclarını ödəyə bilər. Sonda isə indiki faizlər etibarı ilə iki qat pul qaytarmalıdır. Bir anlıq təsəvvür edək ki, tutalım minlərlə insan bu yola baş vurdu. Bank o minlərlə inəyi sonra nə edəcək? Ya komputer və yaxud da digər əşyalar olsun. Bu doğru yol deyil. İndiki kredit faizləri ilə normal iqtisadi canlama yaratmaq olmaz. Çünki indiki faiz dərəcələri 28-30% kredit dərəcələri ilə iş qurmaq mümkün deyil.

-“Hər hansı bir ölkədə bizdəki kimi faizlər olarsa, biznes mühiti inkişafdan qalar”

Belə bir faiz dərəcəsi olsa biznes təşkilatları həmin an inkişafdan dayanar. Biznes üçün aşağı faizli uzun müddətli kreditlər lazımdır ki, bu həmin vəsaitlə qarşısını görə bilsin. Hər hansı bir istehal sahəsi qurmaq istəyən iş adamı varsa, ən azı bu istehsal sahəsini qurana qədər ona ortalama 3 il zaman lazımdır. Əgər təsəvvür etsək ki, həmin şəxs 1 milyon kredit götürüb istehsal sahəsi yaratmaq istəyir, elə bu pulun faiz dərəcələri 3 ildən sonra iki dəfə həmin vəsaitin məbləğini artıracaq. Artıq fəaliyyətə başlayanda artıq həmin şəxsin 2 milyona yaxın borcu olacaq. Belə bir faiz dərəcələri ilə həmin iş adamı necə işləsin, necə iş qursun, nə qədər kredit faizi ödəsin, nə qədər vergi ödəsin və özünə nə qazansın? Bu mümkün deyil.

-“Azərbaycan dünyada yeganə ölkədir ki, bir gecə də uçot dərəcəsini 5 dəfə qaldırdı”

Uçot dərəcəsi bizdə həddindən çox yüksəkdir. 15%-dir. Bu da bir paradoks idi ki, Azərbaycan dünyada yeganə ölkədir ki, bir gecə də uçot dərəcəsini 5 dəfə qaldırdı. 3%-dən 15%-ə qaldırdı. Digər Mərkəzi Banklar 1, 1.05, 1.25 fazi artımlarla gedirlər, biz bir gün ərzində 5 dəfə faiz artırırıq. Bu da iş adamlarına, investorlara pis siqnaldır ki, Bu ölkədə normal iqtisadi münasibətlər yoxdur ki, bir gecədə 5 dəfə faiz dərəcəsi artır. Bu faiz dərəcəsi aşağı düşməlidir.

-“Banklara ucuz kreditlər verilməldir”

Banklara Mərkəzi Bank tərəfindən ucuz kreditlər verilməlidir ki, onlar da öz növbəsində ucuzu kreditləri vətəndaşlara verə bilsinlər. Ya da xarici banklara bir başa bazara buraxılmalıdır ki, rəqabətli mühit yaransın. Onlar da aşağı faizli biznes və istehlak kreditləri verə bilsinlər. Bank of Amerika kimi, Deutsche bank kimi iri banklar hansılar ki, Gürcüstan kimi kiçik bazarda artıq fəaliyyət göstərirlər. Ancaq hələ də Azərbaycan bazarına yerli səbəblərə görə daxil ola bilmirlər. Bütün bu problemlər həll olunmalıdır ki, iqtisadi canlanma yaransın. Yəni obrazlı şəkildə desək, inəklə iqtisadi canlanma yaratmaq mümkün olmayacaq.

Söhbətləşdi: Orxan Aslanlı