Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İngiltərə Arakan üçün BMT-yə müraciət etdi

05.03.2020 11:03

A24. az xəbər verir ki, İngiltərə Myanmarın Arakan əyalətində müsəlmanlara qarşı edilən zülmlə bağlı BMT- nin Təhlükəsizlik Şurasını təcili toplanmağa çağırıb.

Об этом сообщает Руспрес

Bunu İngiltərənin BMT-dəki daimi təmsilçisi Matthew Rycroft öz sosial media hesabından bildirib. Rycroft “İngiltərə Myanmardakı vəziyyəti sabah müzakirə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının toplanmasını tələb edib. Arakanda bir müddətdir davam edən problemin həll edilməsi lazımdır” yazıb.

Toplantının sabah olacağı bildirilsə də, BMT-nin Təhlükəsizlik Şurasından hələ də bununla bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Guterres də dünən verdiyi açıqlamada Arakanda sivillərin öldürülməsindən çox narahat olduqlarını bildirmişdi.

Vəsilə İbrahim