İngilislərlə Bərzani buranı bölür – Ölkəni qarışdıran görüntülər
05.03.2020 11:03İngiltərə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri aprelin 12-də Şimali İraqda Məsud Bərzani ilə “xüsusi” görüş keçirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Şimali İraqdakı müstəqillik referendumu və İŞİD-in müzakirə edildiyi masada xəritə üzərində aparılan işlərin fotosu yayımlanıb.
Paytaxt Ərbildə keçirilən görüşdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika üzrə Dövlət Naziri Tobias Martin Elvud, Bağdad Səfiri Frank Beyker və nazirliyin bəzi müşavirləri iştirak edib. İclasda Böyük Britaniya Parlamentinin Təhlükəsizlik Komissiyasının İŞİD-lə mübarizə çərçivəsində Peşmərgə Qüvvələrinin dəstəklənməsini nəzərdə tutan qərarları qeyd edilib. Həmçinin iki tərəf də İŞİD-dən azad dildikdən sonra Mosul ilə bağlı gələcək planlarını müzakirə edib. Onlar yerli xalq və etnik qrupların istəklərinin də hakimiyyətin təşkil edilməsində istifadə edilməsinin vacib olduğunu vurğulayıblar. Görüşdə yeni dövrdə Kürdüstan Bölgəsi Hökuməti və Bağdadla yanaşı beynəlxalq cəmiyyət ilə Neynəva xalqı arasında əməkdaşlığın bərqərar olmasının vacibliyi qeyd edilib. Peşmərgə Qüvvələrinin qəhrəmanlığı, verdiyi qurbanlar və İraq Ordusu ilə əməkdaşlığı alqışlanıb.

