Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İngiltərə Premyer Liqasında XI tura yekun vuruldu – NƏTİCƏLƏR

05.03.2020 11:03

 İngiltərə Premyer Liqasında XI tura yekun vurulub.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, turun mərkəzi görüşündə “Çelsi” Londonda “Mançester Yunayted”i qəbul edib.

Londondakı “Stemford Bric” stadionunda təşkil olunmuş qarşılaşmanın taleyini bir qol həll edib. Yeganə qolu 55-ci dəqiqədə Alvaro Morata vurub.

Bununla da xallarını 22-yə çatdıran “Çelsi” 4-cü pilləyə yüksəlib və 5-ci pillədəki “Liverpul”dan 3 xal aralanıb. 23 xalı olan “Mançester Yunayted” isə lider “Mançester Siti”nin 8 xal gerisinə düşüb.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alıb. İki komanda arasında Londondakı görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Bakıdakı qarşılaşma isə noyabrın 22-də olacaq.

Günün digər qarşılaşmasında “Mançester Siti” “Arsenal” üzərində qələbə qazanıb.

İngiltərə Premyer Liqası. 11-ci tur

“Çelsi” – “Mançester Yunayted” – 1:0

Qol: 1:0 – Morata – 55

“Mançester Siti” – “Arsenal” – 3:1

Qol: 1:0 – De Bröyne – 19, 2:0 – Aqugro – 50 (pen), 2:1 – Lyəkazett – 65, 3:1 – Jezus – 74

“Everton” – “Uotford” – 3:2

Qolı: 0:1 – Rişarlison – 46, 0:2 – Kabazel – 64, 1:2 – Niass – 67, 2:2 – Kalvert-Löin – 74, 3:2 – Beyns – 90+1 (pen)

“Tottenhem Hotspur” – “Kristal Pelas” – 1:0

Qol: Son, 64