Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İnnab anemiyadan başqa hansı xəstəliklərə qarşı faydalıdır?

05.03.2020 11:03

Xalqımızın quru meyvə kimi ən çox istehlak etdiyi innabın A və C vitaminlərilə yanaşı, kalsium, maqnezium, fosfor və kalium baxımından da olduqca zəngindir.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir, xüsusilə Novruz bayramında istehlak etməyə üstünlük verdiyimiz innabın daha hansı faydalarının olduğunu bilmək üçün aşağıdakıları diqqətlə oxuyun.
İnnab təsirli bir antioksidant mənbəyidir. Çin təbabətində xərçəng xəstəliklərinin qarşısını almaqda istifadə olunur.
İntensiv A və C vitamini ehtiva edən innab, tərkibindəki kalium ilə birlikdə, immunitetigücləndirir.
Geniş yayılmış stresslə mübarizədə istifadə olunan innab, sinir sisteminin sağlamlığını qoruyur.
Dərinin sağlamlığını təmin edən innab, günəş yanıqları və qızartılara qarşı olduqca təsirlidir.
Aşağı kalorili olmasına baxmayaraq, bol enerji verən innab, çəki almadan gümrah olmağınızı təmin edir.
Kalsium və fosforla zəngin olan innabın, diş və əzələ sağlamlığı üçün qoruyucu təsirə malikdir.
Tərkibindəki niasin ilə innab qan dövranının tənzimlənməsinə kömək edir.
Tərkibindəki kalium ilə insult, infarkt, fəlc kimi təhlükələrə qarşı qoruyucu təsirə malikdir.
Qan azlığını aradan qaldıran innab anemiyaya qarşı müsbət təsir edir.
Zehin yorğunluğunun aradan qaldırılmasında təsirli rol oynayır.
Qızdırmanı azaldan xüsusiyyəti var.
Allergik xəstəliklərə qarşı immuniteti qüvvətləndirir.
Göz xəstəliklərinə qarşı profilaktik olaraq istifadə oluna bilər.

Damarlarda oksigen daşıyan qan hüceyrələrinin sağlamlığının qorunmasında fəal rol oynayır