İnsan son mənzilə klarnet və zurna-balabanla yola salına bilərmi? – Elşad MİRİ AÇIQLAYIR
05.03.2020 11:03Elşad Miri: ” Mərhumu klarnet və ya başqa müsiqi alətləri ilə son mənzilə yola salan adamlar deyə bilməz ki, bunu dinimə görə edirəm. Kimsə yaxınını klarnet və ya zurna ilə dəfn edə bilər, lakin bunun İslamda mövcud olduğunu iddia edə bilməz”.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, bu sözləri Sherg.az-a son zamanlar mərhumun son mənzilə zurna -balaban və klarnetlə yola salınması hallarının artmasına münasibət bildirərkən ilahiyyatçı Elşad Miri deyib.
Onun sözlərinə görə, vəfat edən şəxsin öldükdən sonra necə dəfn edilməsi yaşadıqda etdiyi əməllərə münasibəti dəyişdirmir: ” Dində qeyd olunur ki, insan vəfat etdisə, o bütün etdiklərinə görə Allaha cavab verəcək. Əsas odur ki, Allaha nə cavab veriləcək. Ola bilər ki, kimsə dəfn mərasimində klarnet çala-çala Allaha dua edir, kimsə də təbii şəkildə ürəyi istədiyi kimi dəfn edir. Bu məsələni hər kəsin ixtiyarına buraxmaq daha yaxşı olar”.
E. Miri bildirib ki, islamda dəfn mərasimində musiqi alətlərindən istifadə edilməsinə heç bir qadağa yoxdur, lakin belə etmək üçün nümunə götürülə biləcək qeyd də mövcud deyil:
“Peyğəmbərə aid hədis və hekayələrdə belə məsələlər yoxdur. Onlar dəfndə necə ediblər. Bu qədim Misirdə, Mesopotomiya ərazilərində olan bəzi inanclardan irəli gəlir ki, o zamanlar ölülərin şəxsi əşyalarını, qızılını, hətta qulluqçularını belə özləri ilə dəfn edirdilər ki, guya onlar o biri dünyada bu cür yaşayacaq. Halbuki, sağ qalan digər insanlara vərəsələrlə paylanmalı olan bir şeydir. Ölüləri var-dövlətlə basdırmaqla onların funksiyası artmır. Buna görə, daha geniş prizmadan yanaşmaq lazımdır. Bir daha təkrar edirəm mərhumu klarnet və ya başqa müsiqi alətləri ilə yola salan adamlar deyə bilməz ki, bunu dinimə görə edirəm. Məsələn, ola bilər ki, həmin adam ateistdir və deyir ki, mən bu cür dəfn edirəm. O, Allaha cavab verəcək”.
Qeyd edək ki, son zamanlar mərhumun son mənzilə yola salınmasında müsiqi alətlərinin istifadə olunması halları artıb.

