Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İnsan yatarkən beyni kiçilir – O zaman yatmaq olmaz? – ARAŞDIRMA

05.03.2020 11:03

İnsanlar min illərdir yuxunun əhəmiyyətini və məqsədini anlamağa çalışır. Aristotelə görə, yuxu insanın yenidən bərpa olunması və istehsaletmə müddətidir. Müasir elm də bu mövzuda Aristoteli dəstəkləyir. Araşdırmalara görə, bədənimizdə yenilənmə və metabolizma ilə bağlı, sadəcə yuxu zamanı aktiv olan hüceyrələr var.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, yuxu haqqındakı araşdırmalara görə, gün ərzində əldə edilən məlumatlar nəticəsində beyində qurulmuş sinapslar, yatan zaman 18 faiz kiçilir. Bu “sinaptik Homeostaz” prosesində beyin dincəlir və səhəri gün yeni məlumatları qavramaq və yenidən böyümək üçün hazırlıq görür.

2003-cü ildə bir qrup mütəxəssis tərəfindən ortaya atılan “Sinaptik Homeostaz Hipotezi”sinə görə, gün ərzində məruz qaldığımız məlumatlar nəticəsində neyronlar arasındakı sinapslar güclənərək genişlənir. Lakin bu böyümə davamlı olaraq artan bir şəkildə davam edə bilməz. Belə ki, genişlənən sinapslar yatan zaman kiçilməyə başlayır. Kiçilmə sayəsində beyində yenidən normallaşma və tənzimləmə gerçəkləşir.

Hipotez ortaya atıldığı zaman bunu dəstəkləyəcək çoxlu dəlil yox idi. Lakin araşdırmaçılar 2017-ci ilin fevral ayında hipotezlərini dəstəkləyəcək dəlillər təqdim etdilər.

Bu vəziyyəti sübut etmək üçün siçanlar üzərində təcrübələr aparılıb. Siçanların beyinlərindəki sinapsların genişlənmə və kiçilmə səviyyəsini görüntüləyə bilmək üçün yeni növ elektron mikroskop istifadə edilib. Nəticə etibarı ilə bir neçə saatlıq yuxunun  beyindəki sinapsların ölçüsünü təqribən 18 faizə qədər azaldığı müşahidə edilib.

Lakin araşdırmanın maraqlı tərəfi, 18 faiz azalmanın siçanların 80 faizində görülməsidir. lakin geniş və sağlam sinapslarda bu dəyişiklik müşahidə edilməyib. Bunun, beynin gün ərzində yaşanan əhəmiyyətli anları yaddaşa yazmamaq üçün tətbiq etdiyi kimi düşünülür.

Lakin yatdığımız zaman yuxuda beyin sadəcə əhəmiyyətli məlumatları yaddaşında saxlayır. Əslində yuxu beynin yeni şeylər öyrənməyə davam edə bilməsi üçün vasitədir. Bu səbəblə, həyatımızda vacib yer tutan yuxunu təxirə salmaq və azaltmaq beynimizin fəaliyyəti baxımından yaxşı bir seçim olmayacaqdır.