İnsanı “normallıqdan çıxaran” 7 cəhət
05.03.2020 11:03Normal insan olmaq asan iş deyil.
Об этом сообщает Футляр от виолончели
A24.Az BBC-yə istinadla xəbər verir ki, The Telegraph-da çıxan məqaləyə deyilir: “Biz, 7 milyard insan bu dünyada qaynaşırıq və hamının bir-birinə uyğunlaşması çox çətin məsələdir”.
Lakin AsapScience YouTube kanalından olan “dahilər” dünya əhalisi arasında əksəriyyətlə müqayisə olunmaq üçün 7 göstəricini müəyyən ediblər.
1. Dilinizi ağzınızın içində boru kimi yuvarlaq edə bilirsinizmi?
Müəlliflər iddia edirlər ki, siz bunu bacarmırsınızsa, deməli qətiyyən normal deyilsiniz. Maraqlıdır ki, dünyadakı insanların 65 faizlə 85 faizi arası bunu edə bilir.
“Əhsən belə hünərə” – yazır “The İndependent”.
2. Qırmızı tükünüz varmı?
Əgər qırmızı tükünüz varsa, siz dünyanın 7 milyardlıq əhalisinin 0, 5 faizini təşkil edən çox kiçicik qrupa daxilsiniz.
3 . Ağıl dişiniz varmı?
Əgər hələ də ağıl dişiniz qalırsa, siz yenə də azlıqdasınız. Dünya əhalisinin 65 faizinin ağıl dişi çıxarılıb.
4. Solaxaysınızmı?
LiveScience saytının məlumatına görə, dünya əhalisinin yalnız 15 faizi solaxaydır.
5. Evlisinizmi?
“Əgər evli deyisinizsə, – yazır qəzet, – deməli bir o qədər də normal deyilsiniz. Çünki bu dünyada hər beş yetkin yaşda olan insandan dördü evlidir.
6. Fevral ayında doğulmamısınız ki?
Məqalədə deyilir ki, fevral dünyaya gəlmək üçün çox da populyar ay deyil. Bəşər övladının böyük əksəriyyəti avqust və sentyabr aylarında doğulur.
7. Süd içirsinizmi?
Bir stəkan südü sonradan əziyyət çəkməmək şərtilə içə bilirsinizmi? Əgər bilirsinizsə, “anormalsınız”. Dünya əhalisinin 75 faizi laktoza dözümsüzdür. Adi dillə desək, orqanizmləri südü qəbul etmir.

