İnsanlıqdan çıxıb balıq oldular
05.03.2020 11:03Əgər dəniz qızlarının sadəcə nağıllarda və filmlərdə olduğuna inanırsınızsa, yanılırsınız.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, ABŞ-ın Seattle bölgəsində bir qrup şəxs balıq və ya dəniz qızı kimi yaşayır. Yaxın dost olan Caitlin Nielsen, Ed Brovn, Tessie LaMourea ve Morgan Caldvellin təşkil etdikləri qrup özlərini “yarı balıq, yarı insan” olaraq tanıdırlar.
Sosial media və tədbirlər sayəsində bu qrupun məşhurluğu hər gün daha çox artır. Balıq görkəminə girən bu dostların gündəlik həyatlarının çoxu suda keçir.
Qrup üzvlərindən Ed Brovn bildirib ki, bu, ona yad olan bir həyat tərzi deyil. Çünki bundan öncə də, qayığında yaşayıb: “Bu, insanlarla danışmaqdan daha asandır. Gündəlik geyimlərimlə küçədə gəzərkən özümü çox gərgin hiss edirəm. Quyruğumla suda olmaq məni çox rahatlaşdırır”.
Cyanea isə dəniz qızı olmaq üçün işindən istehfa verib və gündəlik xərclərini dəniz qızı geyimləri tikərək qazanır.

