İnternetdə “sıçan və klaviaturanın hərəkətləri” belə izlənilir
05.03.2020 11:04Araşdırmaçılar 400-dən çox məşhur internet saytının, hətta istifadəçilərinin onlayn siçanın və klaviaturanın hərəkətlərini izləyə bildiyini irəli sürüb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, internetdə şəxsi məlumatların məxfiliyini qorumaq üzrə Princeton Universitetinin “İnternet Şəffaflığı və Hesabatı” layihəsi çərçivəsində həyata keçirilən araşdırmasında 400-dən çox məşhur internet saytının istifadəçilərinin saytlarda etdikləri tıklamar, siçanın hərəkət etdirilməsi və səhifələri sürüşdürmək kimi onlayn hərəkətlərinin təqib edildiyini irəli sürüb.
Araşdırma zamanı aralarında böyük internet provayderlərin olduğu yüzlərlə internet saytının adı verilən gizli kod sayəsində istifadəçilərin internetdəki fəaliyyətlərini qeydə aldığı iddia edilib.
Araşdırmaya görə, saytlar gizli kod ilə istifadəçinin hansı səhifədə nə qədər qaldığını, siçanı harda gəzdirdiyini, klaviaturasında hara basdığını qeyd edərək, 3-cü dərəcəli şəxslərə göndərir və burada şifrəli məlumat zənciri meydana gətirir.
Bununla bağlı araşdırma aparan mütəxəssislər sözügedən kodların kredit kartının məlumatlarından sağlamlıq problemlərinə qədər çoxlu sayda şəxsin məlumatlarını əldə etmək üçün istifadə edilə biləcəyinə xəbərdarlıq edib.

