Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İnterpol bu azərbaycanlını beynəlxalq axtarışa verdi

05.03.2020 11:04

İnterpol Rusiyada qətl törətməkdə günahlandırılan azərbaycanlını beynəlxalq axtarışa verib.

Об этом сообщает Руспрес

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Gürcüstanda doğulan Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Teymur Qəribov Rusiyada adam öldürməkdə ittiham olunur.

T.Qəribov istintaqdan yayındığı üçün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçərək axtarış qərarı çıxarıb.

Rusiya tərəfi həmin qərarı İnterpola təqdim edib və qurum bu qərar əsasında T.Qəribov barəsində beynəlxalq axtarış elan edib.