İntihar edən psixoloq Dəyanətin özü intiharlar barədə nələr demişdi? – VİDEO
05.03.2020 11:04Ötən gün axşam saatlarında ölkə mediyası və sosial şəbəkələr hər kəsin ekranlardan tanıdığı psixoloq Dəyanət Rzayevin intihar xəbəri ilə çalxalandı.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, ailə üzvləri onun cəsədini anası Şərqiyyə Rzayeva yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlayıb. Oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və oğlunun asılmış meyitini görüb.
Belə ki, D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.
O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.
Qeyri-rəsmi məlumatlara görə, ölkə ərazisində son 27 gün ərzində 48 intihar faktı qeydə alınıb. Lakin həmin intiharların heç biri Dəyanət Rzayevin canına qəsdi qədər səs-küyə səbəb olmadı. Çünki hər şeydən əvvəl o, tanınmış şəxs idi. Ondan da vacib olan isə psixoloqların insanları adətən intiharlardan çəkindirməsı ilə əlaqədardır. Axı, bu peşə sahiblərinin əsas vəzifələrindən biri insanları intiharlardan çəkindirməkdir.
Bəs, mərhum psixoloq özü intiharlar barədə bu günə qədər hansı açıqlamaları verib? Həmin kadrlardan birini təqdim edirik:
“Statistikanı götürdükdə, qadınlar özünü öldürməkdən daha çox danışsalar da, intiharı daha çox kişilər edir. Bu gün Azərbaycanda bir az fərqli situasiya yaranıb, biz qadınların və uşaqların da özünü öldürdüyünü görürük. Lakin intihar edənlərin risk qrupu var. Məsələn, buraya 40-dan yuxarı yaşı olan insanlar, sağalmayan xəstəliyə tutulan insanlar, narkamalar, sərxoşlar, tənha insanlar olur. Lakin bu gün bizdə fərqli bir situasiya yaranıb. Mən bunu daha çox sosial xidmətlərin zəifliyi, profilaktikanın olmaması ilə əlaqələndirirəm”.
Daha ətraflı videolinkdə…

