İntihar edən qızın arxasınca danışanlara… – İSLAMDA MÜNASİBƏT NECƏDİR?
05.03.2020 11:04Nəinki ölünün, həyatda olan bir insanın da arxasınca danışmaq olmaz.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri dünyasını dəyişmiş insanların haqqında yayılan şayiələrlə bağlı dini hökmlər haqda Axar.az-a danışarkən deyib. O, bunun islamda qəti şəkildə qəbul edilmədiyini bildirib:
“Açıq şəkildə deyəcəyəm, islamda belə bir qayda var: bir qadını bir kişi ilə zina edərkən görüb onu məhkəməyə versəniz, gərək sizdən əlavə 3 nəfər şahid də olsun. Yoxsa siz böhtan atmış sayılırsınız. İslamda şər atmaq, ölünün arxasınca danışmaq çox böyük günah sayılır”.
Qeyd edək ki, Tovuz sakini 16 yaşlı Aliyə Qəmbərovanın intiharından sonra onun haqqında gəzən şayiələr böyük etirazla qarşılanıb. Aliyənin anası millət vəkili Qənirə Paşayeva ilə görüşdə bu şayiələrin onun kədərini artırmasından, ailəyə əlavə dərd yaşatmasından danışıb.

