İntihar edən yazarın həyat yoldaşı əsəbiləşdi: “Murad Köhnəqala, Kəramət Böyükçöl, siz kimsiniz ki…”
05.03.2020 11:04Mərhum yazar Mövlud Mövludun həyat yoldaşı, jurnalist Sevinc Fədai facebookda əsəbi status yazıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, jurnalist sosial şəbəkədəki profilində onunla həyat yoldaşı arasındakı münasibətdən danışanları qınayıb:
“Teleqraf.com saytı, Murad Köhnəqala, Kəramət Böyükçöl, sizə kim haqq verir ki, Mövludla mənim aramda yaşananları öz versiyanıza uyğun təhlil edəsiniz? Sizin başqa mövzunuz yoxdur? Bu hadisə olmasaydı, nədən yazıb qonorar alacaqdınız, İP yığacaqdınız? Bəs deyil? Lazım olsa, hər şeyi özüm danışardım, deyərdim. Mən danışmayandan sonra siz kimsiniz, mənim ağzımdan çıxmayan sözlərdən müsahibə düzəldirsiniz? Susuram, susuram, susuram, bəsdi də. Bir az ağrıya, dərdə, məhrəmlərə hörmət edin. İyrənirəm hamınızdan!!!”.

