İntihardan qurtuldu, xəstəxanada öldü – HACIQABULDA
05.03.2020 11:04Sirkə turşusu içərək xəstəxanaya yerləşdirilən Hacıqabul sakini xəstəxanada ölüb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, yanvarın 10-da Hacıqabul sakini, 1966-cı il təvəllüdlü Məmmədova Zöhrə Məmmədcəfər qızı sirkə turşusu içərək intihar cəhd edib. Həmin gün sirkə turşusundan kimyəvi zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Zöhrə Məmmədova səhər saatlarında dünyasını dəyişib.
İntihara səbəb müayinə zamanı qadına onkoloji xəstəlik diaqnozunun qoyulması olub. //APA//

