“iPhone” istifadəçiləri! Telefonunuzdakı bu xüsusiyyətlərdən xəbəriniz olsa…
05.03.2020 11:04“iPhone”larda 3 dəfə “Home” düyməsinə basdığımız zaman bir çoxumuzun bilmədiyi bir özəllikdən istifadə edə bilərsiniz. Həmin düymədən istifadə etdiyiniz zaman baxın “iPhone” nələrə qadirdi?
Об этом сообщает Руспрес
Saytımız “iPhone” ilə bağlı bilmədiklərimizi təqdim edir:
1 – Parametrlər – ümumi – xüsusiyyətlərə girib böyütməni (lupa və ya zoom) seçib aktiv edin. Daha sonra “Home” düyməsinə 3 dəfə dalbadal bassanız həmin “lupa” funksiyası açılacaq və kitabda yazılan yazıları yaxından oxuya biləcəksiniz.
2 – Lakin “iPhone”ların bilmədiyimiz tərəfləri bununla bitmir. Çünki bu telefondan istifadə edənlərin əksəriyyəti istifadə etdikləri texnologiyanın özəlliklərindən xəbərsizdir. Belə ki, telefonunuzla şəkil çəkmək istədiyiniz zaman qulaqlıqlarınızdakı səs açıb-bağlama düyməsinə basmağınız kifayət edəcək.
Bundan başqa kamera rejimində olarkən “iPhone”nun səs açıb-bağlama düyməsinə basmaqla da şəkil çəkmək mümkündür.
3 – Emojiləri klaviaturanıza əlavə edin. Bunun üçün “parametrlər – ümumi – klaviatura – emojini klaviaturaya yüklə” sistemini seçə bilərsiniz.
4 – CAPS LOCK funksiyasından faydalanmaq üçün klaviaturanın sol tərəfində yer alan yuxarıya doğru ox düyməsinə iki dəfə tıklamağınız kifayətdir.
5 – Göndərilən mesajın oxunub oxunmadığını öyrənmək üçün “iMessage” tətbiqindən istifadə edə bilərsiniz. Bunun üçün “Oxundu mesajları göndər” tətbiqini seçmək kifayətdir.
6 – İnternetdə gördüyünüz bir rəsmi yaddaşa vermək üçün barmağınızı rəsmin üzərində basılı tutun və şəkli yaddaşa verin.
7 – Gələn bildirişləri görmək üçün flaş işığından istifadə edə bilərsiniz. Məsələn, bildiriş gəldiyi zaman telefonunuzun işığı yanıb sönə bilər. Parametrlər menyusundan şəkildə göstərildiyi kimi lazımi tətbiqləri seçə bilərsiniz. (Settings – Accessibility)
8 – Mesajlarınızın saatını anbaan təqib etmək mümkündür. Bunun üçün mesajların üzərinə barmağınızı toxundurmaqla sola tərəf sürüşdürün. Vaxt göstəricilərini sağ tərəfdə görəcəksiniz.
9 – 100 faiz təsirli olduğunu söyləmək mümkün olmasa da, mütəxəssislər uçuş rejimində olan “iPhone”ların daha sürətlə enerji yığdığını deyir.
10 – “iPhone”da hər hansı bölmədə yazı yazarkən telefonunuzu sağa, sala yelləsəniz qarşınıza 3 seçim çıxacaq. “Geri al” düyməsinə bassanız yazdıqlarınızı silə biləcəksiniz.
11 – İstəmədiyiniz insanların telefonlarını qara siyahıya sala bilərsiniz. Bu zaman sizə həmin şəxslərdən zəng gəlməyəcək. Bunun üçün “Parametrlər – telefon – ləğv olunanlar” hissəsinə girməyiniz kifayətdir.
12 – Bildiyiniz kimi “iPhone” “Touch İD” ilə telefona parol qoymadan, barmaq izi ilə açılan yeganə təhlükəsiz texnologiyadır. Əvvəlcə barmaq izinizi tanıyır, daha sonra barmağınızı toxundurmaqla telefonu açmaq mümkündür. Bəs barmaq izi xaricində telefonu burnunuzla aça biləcəyinizi bilirdinizmi?
13 – ABŞ-da yaşayan bir gənc “iPhone” telefonunun “Touch İD” sisteminə burnunu toxundurub. Beləcə “iPhone”ların təkcə barmaq izi ilə deyil, burun izi ilə də açılabiləcəyini aşkarlayıb. Beləliklə, “Apple” mütəxəssisləri də istehsal etdikləri telefonda bu özəlliyin olduğunu həmin gəncin sayəsində kəşf etmiş olur.
Firuzə Alimova

