Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“iPhone X”in istehsalında uşaqları işlətdilər – ŞOK İDDİA

05.03.2020 11:04

“Apple”ın yeni “ağıllı” telefonu “iPhone X”in istehsalında Çinli məktəblilərin qanundan kənar əməyindən yararlandığı iddia edilir.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, “Financial Times” Çinin Çengçou şəhərində məktəblilərin verdiyi ifadələrə əsaslanaraq yayımladığı xəbərdə, “Apple”ın bir çox cihazlarını istehsal edən “Foxconn”un “iPhone X”in istehsalında yaşları 17-19 arasında dəyişən yeniyetmələrin əməyindən istifadə edildiyi bildirilib.

Xəbərdə təcrübə proqramı çərçivəsində fabrikə gələn və qanuna uyğun olaraq həftədə ən azı 40 saat işləməli olduqları halda gündə 11 saata qədər uşaqların əməyindən istifadə edildiyi qeyd edilib.

Bu mövzuda məktəblərin də günahının olduğunu deyən Yang adlı şagird oxuduğu məktəbin (Zhengzhou Urban Rail Transit School)  “Foxconn” ilə müqavilə bağladığını və fabrikdə işləmək məcburiyyətində olduqlarını dilə gətirib: “Fabrikdə gördüyümüz işlərin təhsilimizlə əlaqəsi yoxdur. Gündə 1200 ədəd “iPhone X” kamerasını quraşdırırdıq”.

“Apple” və “Foxconn” fabrikdə mətkəblilərin işlədiklərini qəbul edib, amma onların könüllü şəkildə çalışdığını deyib. Hər iki şirkət uşaqların çox işlədilməməsi və təzminatlarının ödənilməsi üçün lazımi tədbirlərin görüldüyünü də açıqlayıb.

“Foxconn” təmsilçilərindən biri şirkətin yeni cihazını bazara çıxarılacağı ən ağır vaxtlarda məktəbli və universitet tələbələrini işə götürüldüyünü bildirib. Şirkət nümayəndəsi belə vaxtlarda işçilərin 100 mindən 300 minə qədər arta biləcəyini söyləyib. Nəticə etibarı ilə gün ərzində 20 min əl telefonunun istehsal edildiyini də vurğulayıb.

Çin Təhsil Nazirliyi mövzu ilə bağlı açıqlama verməsə də, Çengçou Təhsil Şöbəsi şirkətlərin məktəb və universitet məzunlarına iş təcrübəsi qazanmalarına yardımçı olduğunu açıqlayıb.

Firuzə Alimova / A24.az