Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İqtisadçı dolların yenidən bahalaşmasının səbəbini AÇIQLADI: “Banklarda dollar satışı…”

05.03.2020 11:04

“Martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir”.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov dolların manata nisbətdə məzənnəsinin yenidən bahalaşmasını şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, dollara tələbin artması özünü dünənki rəsmi kursda və eləcə də bu gün hərracın nəticələrində göstərdi:

“Son 2 gündə valyuta bazarımızda dolların manata nisbətdə olan kursu cüzi olsa da bahalaşıb. Bu da banklarda dollar satışının artması ilə əlaqədardır. Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi kursa təsir göstərməkdədir.
Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış kursunu artıq artırıblar. Aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa, o zaman dollara tələbin artması davam edəcək. Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də büdcə xərcləmələrində artımlar gözlənilir. Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər.
Aydındır ki, Mərkəzi Bank hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma o da görünür ki, Mərkəzi Bank bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar kursunu formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil”, – deyə V.Bayramov bildirib.

Xatırladaq ki, dolların manata nisbətdə sabaha olan məzənnəsi 1,7244 manat səviyyəsində müəyyən olunub. Bu isə dolların məzənnəsinin 0,03% bahalaşması deməkdir.

Orxan Aslanlı