Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İqtisadçı manatın məzənnəsindən DANIŞDI: “Nə hökumət, nə də Mərkəzi Bank…”

05.03.2020 11:04

“Maraqlıdır ki, hələlik nə hökumət, nə də Mərkəzi Bank manatın bazar dəyərinin tam olaraq müəyyənləşdiyini bildirmədiyi halda, özəl bank sektorunda fərqli fikirlər var”.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov manatın bazar dəyərinin formalaşması ilə bağlı fikirləri şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, hələlik manatın bazar dəyərinin formalaşdığını demək mümkün deyil:

“Belə görünür ki, Mərkəzi Bank iyun ayınadək milli valyutanın bazar dəyərinin formalaşmasına nail olmağa çalışır. Mövcud şərtlər (manat bazası, neftin dünya bazar qiymətinin mövcud səviyyəsi, idxalın məhdudlaşdırılması və ya əvəzlənməsi və s.) qalarsa, manatın yaxın müddətdə daha az intervallar ilə volatilliyinin olacağı gözlənilir”.

Ekspert əlavə edib ki, istənilən milli valyuta bir gün bahalışıb və bir neçə gün sonra ucuzlaşa bilər:

“Və ya əksinə, dəyər itirən valyuta müəyyən müddət sonra bahalaşa bilər. Sadəcə, bir günun durumu ilə ümumi vəziyyəti qiymətləndirmək və proqnozlar vermək doğru olmazdı. Milli valyutanın məzənnəsinin dəyişməsinə daha strateji yanaşmaq lazımdır”.

Xatırladaq ki, ötən gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən A24.Az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7031 səviyyəsində formalaşıb.

Orxan Aslanlı, A24.Az