Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran Azərbaycanda Universitet açacaq – Ancaq bu tələbələr qəbul ediləcək

05.03.2020 11:04

“Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açacaq”. 

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şərqi Azərbaycan əyaləti üzrə  Azad İslam Universitetin rektoru Əziz Cavanpur bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ə. Cavanpur universitetin İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə bu haqda danışıqlar apardığını bildirib: “Universitet müxtəlif ixtisaslar, xüsusi ilə tibb ixtisasları üzrə  tələbələr qəbul edəcək”.

Qeyd edək ki,  Azad İslam Universiteti  İranın ən böyük  universitetlərindən biridir. Universitet 1982-ci ildə  İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən təsis olunub.

Universitetin rektoru  Fərhad Rəhbər və rəyasət heyətinin sədri Əli Əkbər Vilayətidir. Azad İslam Universitetin İngiltərə, BƏƏ, Livan və Əfqanıstanda filialları fəaliyyət göstərir.