Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran hakimiyyəti aralarında 9 yaşlı uşağın da olduğu 10 azərbaycanlını həbs edib – VİDEO

05.03.2020 11:04

Cənubi Azərbaycanda aralarında 9 yaşlı uşağın da olduğu 10 nəfər İran polisi ərəfindən nəzarət altına alınıb.

Об этом сообщает Руспрес

Saytımız bildirir ki, İranda yaşanan bu hadisə böyük sərtliklə qarşılanıb. Ülkü Ocaqları təşkilatının sədri Olcay Kılavuz saxlanılan azərbaycanlılarla bağlı sərtlik nümayiş etdirib:

“Təzyiqçi İran idarəçiliyi Cənubi Azərbaycanda soydaşlarımızı assimilyasiya etmək üçün ağla gəlməyən üsullara əl atır. Urmiya gölü qurudulmaqda, türk dilində təhsil almaq əngəllənməkdə və din adı altında soydaşlarımız hər cürə təzyiqlərlə farslaşmağa məcbur edilməkdədir. Babək qalasında türkçülüyü hayqıran və haqlı tələblərini dilə gətirən soydaşlarımız polisin müdaxiləsi ilə İran zülmünə məruz qalıblar. Aralarında 9 yaşında uşağın da olduğu 10 soydaşımız İran idarəçiliyi tərəfindən tutulub. Ülkü Ocaqları olaraq hər zaman olduğu kimi Cənubi Azərbaycan türkçülüyünün vəziyyətini yaxından izləyəcək və soydaşlarımızın səsini dünyaya hayqıracağıq”.

Saytımız Türkiyə mediasında yayımlanan videogörüntüləri təqdim edir:

Firuzə Alimova / MTM