İran kimin dostudur? – Zəhra qatillərinə səssiz qalanların “səs”i
05.03.2020 11:04Bu günlərdə iranlı qadınların sosial şəbəkələrdə yayılan bir fotosu böyük müzakirəyə səbəb olub.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, İran İslam Respublikasında bir neçə qadının məscidin qarşısında qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çəkdirdiyi foto 2 il öncəyə aiddir.
Bir neçə gündür ki, sosial şəbəkə aktivləri 2 yaşlı Zəhranın Ermənistan təxribatının qurbanı olması xəbərini bütün dünyaya çatdırmağa çalışır. Beynəlxalq aləmdən reaksiya gözləyir. Bir sıra ölkələr məsələyə münasibət göstərsə də, çoxları baş verənlərə göz yumdu. Xüsusən də İrandan hər hansı reaksiyanın gəlməməsi çox müzakirə olundu.
Bəzi izləyicilər də bu fotonu paylaşaraq Ermənistan-Azərbaycan münaqişəsində kimin dost, kimin düşmən olması məsələsini bir daha gündəmə gətirməyə çalışıblar. Onlar İrandan Azərbaycana hər hansı dəstək gözləməyin mənasız olduğunu əsaslandırmağa çalışıblar.

