Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran prezidenti seldə boğulan azərbaycanlıları unutdu, deputat dilə gəldi

05.03.2020 11:05

Vəramin şəhərinin İran parlamentindəki millət vəkili Hüseyn Nəqəvi Azərbaycanda baş verən sel fəlakətinə toxunaraq təbii fəlakətin ölkə prezidenti Həsən Ruhani üçün əhəmiyyət daşımadığını deyib.

Об этом сообщает Роспрес

A24.Az-ın verdiyi xəbərə görə, o bu barədə “Fars News” xəbər agentliyinin müxbirinə danışıb.

“Azərbaycanda sel fəlakətinin baş verdiyi bir vaxtda, Həsən Ruhani yeni layihələrin açılışı üçün Osləviyyə şəhərinə səfər etdi. O təbii fəlakət bölgəsinə getmək yerinə Osluviyyə şəhərinə səfər etməklə göstərdi ki, onun üçün seçkilərə yönəlmiş təbliğat daha çox əhəmiyyət daşıyır”- deyə H.Nəqəvi qeyd edib.

Millət vəkilinin dövlətin sel bölgəsinə yetəri qədər diqqət yetirmədiyi barədə məlumatlı olduğunu da diqqətə çatdırıb.

O, “Biz gözləyirdik ki, prezident bu xəbəri eşidəndən sonra Osləviyyəyə səfərini ləğv etsin. Əslində oradakı layihələrin əksəriyyəti açılışa hazır deyil, bəzilərinin isə açılış mərasimi keçirilib. Bütün bunlar təbliğat məqsədi güdür”.- deyə əlavə edib.

Xatırladaq ki, İran rəhbərliyi aprelin 14-də Azərbaycan şəhərlərində çox sayda insan tələfatı, böyük maddi ziyan və digər ağır nəticələr törədən sel fəlakətinə reaksiyan vermədi.

Qeyd edək ki, indiyəcən Enerji naziri Həmid Çitçiyan istisna olmaqla heç bir yüksək rütbəli hökumət rəsmisi təbii fəlakət bölgəsinə səfər etməyib.