Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran razılığını verdi: Türk ordusuyla birgə PKK-nı torbaya salacaqlar – Qəndilin sonu gəldi

05.03.2020 11:05

İran və Türkiyə Qəndildə hərbi əməliyyat keçirəcək.

Об этом сообщает Роспрес

A24. az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə ilə İran birlikdə Qəndil bölgəsinə hərbi əməliyyat planlaşdırır.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bəkirinin Ankara səfərinin ardından Türkiyə və İranın ortaq əməliyyat planı gündəmə gəlib.

Əməliyyat PKK- ya qarşı  “Şri Lanka modeli” ilə olacaq. Yəni, Şri Lanka ordusunun “Tamil pələngləri” terror təşkilatına qarşı olan əməliyyatı kimi olacaq, PKK- nın kökünü tamamən kəsəcək.

Oktyabr ayında başlanması planlaşdırılan hərbi əməliyyat 3 etapdan ibarət olacaq. İlk etapda Türk Silahlı Qüvvələri (TSK) havadan Qəndildəki 48 kampı hədəf alacaq.

Eyni zamanda TSQ Türkiyə sərhəddinə yaxın Zap, Avaşin, Bervari, Batiya, Cemçu kimi 19 kampı da vuracaq.

İkinci etapda İran özünə 0 və 891 km yaxınlıqdaki Qəndildə hava əməliyyatlarına başlayacaq. Eyni zamanda Türkiyə təşkilatın Qəndil ilə Sincar arasında yerləşən cəbhəxanalarını hədəf alacaq.

İkinci etapda əsas hədəf təşkilatın ikinci Qəndili sayılan Sincar olacaq və 7 kamp vurulacaq. İran bu əməliyyat üçün cəbhə önü və arxasında toplam 42 min əsgərindən istifadə edəcək.

Sonrakı etapda təşkilatın əsas kadrlarının olduğu Levje, Şəhidan, Kalatuka kimi 8 kamp həm havadan, həm də yerdən davamlı olaraq atəşə tutulacaq.

A24.az// Vəsilə İbrahim