Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran sərhəddində partlayış: 2 azərbaycanlı yaralandı

05.03.2020 11:05

Türkiyə-İran sərhəddində minaların təmizlənməsi zamanı meydana gələn partlayışda 2  azərbaycanlı yaralanıb.

Об этом сообщает Роспрес

Saytımızın əldə etdiyi məlumata görə, partlayış bu gün səhər saatlarında Iğdırın Ağrı dağı ətəklərində meydana gəlib. Sərhəddə yerləşdirilən minaları təmizləyən işçilərdən Azərbaycan əsilli 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov çıxartdıqları minaları məhv etmək üçün sahəyə apararkən partlayış olub.

Əlində mina partlayan Razi Aslanov əlləri və gözündən, arxasında olan Ruslan Abişov isə ayaqları və bədəninin müxtəlif hissələrindən yaralanıb. Partlayış zamanı yaralanan işçilərə hadisə yerində müdaxilə edildikdən sonra xəstəxanaya aparılıb. Hazırda yaralıların həyati təhlükəsinin olmadığı deyilir.

Firuzə Alimova