Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran Trampı siyasi təcrübəsizlikdə ittiham etdi

05.03.2020 11:05

İran prezidenti Həsən Ruhani, ABŞ-ın viza qadağasına etirazını bildirərək Tramp rəhbərliyinin siyasət sahəsində təcrübəsiz olduğunu bildirib.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mətbuatına istinadən xəbər verir ki, Həsən Ruhani paytaxt Tehranda çıxışı zamanı bunları deyib: “Bu gün xalqları ayırma günü deyil. Başqa millətlərin vizalarını ləğv etmək siyasət arenasına yeni girən şəxslərin edəcəyi işdir. Onlar başqa dünyadan siyasət dünyasına daxil olublar. Həmin şəxslər yeni dünyanı dərk edənə qədər həm özlərinə, həm də başqalarına zərər verəcəklər”.

Trampın qərarının İran xalqını hədəf aldığını iddia edən Ruhani deyib: “Beləliklə, ABŞ rəhbərliynin İran dövlətinə qarşı olduqları, lakin İran xalqını dəstəklədiklərilə bağlı iddianın da yalan olduğu isbat edildi. Xalqları ayırmaq üçün divar çəkmək dövrü başa çatıb. Bu gün artıq əlaqələr yaratmaq dövrüdür. Bir neçə aylıq viza məhdudiyyəti xalqlar arasındakı əlaqəni pozmur”.

Новости

Теги