İran yeni təyyarəsini Məşhədə aparıb “Hacı” edəcək
05.03.2020 11:05Embarqonun aradan qaldırılması ilə 38 il fasilədən sonra alınan ilk yeni təyyarə əvvəlcə Şii imamın türbəsini havadan təvaf edəcək sonra uçuşlara davam edəcək.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, İranın 1979-cu ildəki inqilabından bu günə aldığı “birinci əl” ilk sərnişin təyyarəsi “Airbus A321” Mihrabad hava limanında eniş edib.
38 ildən sonra ölkənin ilk “birinci əl” təyyarəsi mühafizəkarlar arasında geniş müzakirələrə də səbəb olub. Belə ki, ölkədəki mühafizəkar qruplar təyyarə üçün təşkil edilən mərasimlərin şişirdildiyini düşünür.
Təyyarənin inqilaba zidd olduğunu iddia edənləri qəzəbləndirəcək bir açıqlama İran Hava Yollarının müdir köməkçisi Hasan Kasımidən gəlib.
İran dövlət televiziyası “TV 3”də yayımlanan “Hala Hurşid” verilişində telefonla əlqə quran Kasımi sərnişin təyyarəsinin Məşhədə aparılacağını bildirərək, İmam Rza türbəsini havadan təvaf etdirəcəklərini açıqlayıb.

