İranda daş kömür mədəni partladı – onlarla adam dağıntılar altında
05.03.2020 11:05İranın Gülüstan əyalətinin Azadşəhr məntəqəsinin “Yurt” daş kömür qış mədənində partlayış olub.
Об этом сообщает Руспрес
A24.Az Sahar TV-yə istinadla xəbər verir ki, hadisə 1300 metr uzunluğu olan mədənin 700 metr dərinliyində baş verib. Partlayışa isə metan qazının sızması və qığılcım səbəb olub.
Zemestan Yurt daşkömür mədənində baş vermiş partlayışda 26 mədənçi dağıntıların arxasında qalıb, xəsarət alan 28 mədənçi artıq xəstəxanaya köçürülüb. Daş kömür mədənində işləyənlər türkməndirlər.

