İranda Trampa Amerika bayrağında pampers geyindirdilər
05.03.2020 11:05İranda təşkil edilən “Beynəlxalq Trampizm Karikatura Müsabiqəsi”ndə nümayiş etdirilən əsərlər paytaxt Tehranda izləyicilərinə təqdim olunub.
Об этом сообщает Футляр от виолончели
Saytımız “din.az”a istinadən xəbər verir ki, İranda dövlət qurumlarından biri tərəfindən təşkil edilən beynəlxalq karikatura müsabiqəsində 75 ölkədən 1 600 əsər nümayiş etdirilib. Müsabiqədə birinci yerə İrandan Hadi Asadi, ikinci yerə İspaniyadan Joqin Aldeqye, üçüncü yerə isə Braziliyadan Eduardo Baptistao layiq görülüb.
“Tramp və irqçilik”, “Tramp və mühacirət”, “Tramp və divar”, “Tramp və media”, “Tramp və qadınların alçaldılması”, eləcə də “Tramp və “Tweet” başlıqları ilə təşkil edilən müsabiqədə nümayiş etdirilən əsərlər Tehran sərgisində təqdim edilir.
Sərgi 11 iyula qədər ziyarətçilər üçün açıq olacaq.

