Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İrandan ABŞ-a cavab: “Bunu müharibə elanı kimi qiymətləndiririk”

05.03.2020 11:05

İran Atom Enerjisi qurumunun sədri Salehi, ABŞ-ın Dövlət Material Ofisini, terror siyahısına daxil etməsininin özlərinə qarşı müharibə təhdidi mənasına gəldiyini bildirib.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, Salehi bunu, xarici media orqanlarının suallarını cavablandırarkən deyib.

“Hər bir ölkənin ordusu və silahlı qüvvələri, o ölkənin hüquq-mühafizə və təhlükəsizliyinin təminatıdır. Dolayısıyla, bu istiqamətdə alınacaq qərarı, müharibə elanı kimi sayırıq”- deyə qurum sədri bildirib.

Salehinin sözlərinə görə, bu məsələdə İran ABŞ-ın tutacağı mövqeyə uyğun qərarlar qəbul edəcək.

Qeyd edək ki, qurum sədri P5+1 ölkələri ilə 2015-ci ildə imzalanan, nüvə müqaviləsinin davam etməsi üçün Avropadakı dəstək turları çərçivəsində, İngiltərə Xarici İşlər Naziri Boris Conson ilə görüşüb. Trampın sabah, ABŞ-ın müqaviləyə sadiq qalıb-qalmayacağı barədə qərarını açıqlaması gözlənilir.

Nərmin Kərim