İrandan təəssüf dolu bəyanat: Qətəri Türkiyəyə qapdırdıq
05.03.2020 11:05İranlı rəsmi Mehdi Kərimi Qətər məsələsində önəmli bir fürsəti qaçırdıqlarını bildirib.
Об этом сообщает Руспрес
A24.Az İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Mehdi Kərimi Qətər bazarını əldən verdiklərini söyləyib.
Qətərə qarşı embarqonun başlamasından 48 saat sonra Türkiyənin ölkədəki marketləri ərzaqla doldurduğunu deyən Kərimi, Qətər bazarını Türkiyəyə uduzduqlarını təəssüflə vurğulayıb.
O, Qətərin illik 3 milyard dollara çatan ərzaq idxalı olduğuna diqqəti çəkərək, İranın keçən il Qətərə 18 milyon dollarlıq ərzaq məhsulu ixrac etdiyini qeyd edib:
“Təəssüf ki, Qətər məsələsində imkanları qiymətləndirməmişik və zamanında bu bazara girməyi bacarmamışıq”.
Qeyd edək ki, bəzi Ərəb ölkələrinin tətbiq etdiyi siyasi və iqtisadi embarqodan sonra Türkiyə Qətərə ərzaq məhsulları göndərib.
Xəyalə Bünyatova // A24.Az

