Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İrandan Türkiyə açıqlaması: “Buna qarşıyıq…”

05.03.2020 11:05

İran Türkmənistan qazının İran üzərindən mübadilə yolu ilə Türkiyəyə ixrac edilməsinə müsbət baxmadığını açıqlayıb.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, İran neft nazirinin müavini və Milli Qaz Şirkətinin müdiri Hamid Rza İraki türkmən təbii qazının mübadilə yolu ilə Türkiyəyə satılmasına qarşı olduqlarını söyləyib.

Tehranın “Cihani Sanat” qəzetinə açıqlama verən İraki “Türkiyə İran qazı üçün ənənəvi bazardır. Rəqabətçi ölkənin qazının Türkiyəyə köçürülməsinə qarşıyıq. Lakin türkmən qazının Azərbaycan və Ermənistana mübadiləsində heç bir problem yoxdur” deyə bildirib.

İran mübadilə yolu ilə şimal-şərq qonşularında da istifadə edilən Türkmənistandan alınan qazın qarşılığında Aşqabad adından şimal-qərb qonşularına təbii qaz verir. Tənzimləmə üsulu hər iki istehsalçı ölkənin nəqliyyat xərcləri əhəmiyyətli dərəcədə aşağı düşür.

İranın Türkiyəyə ixrac etdiyi təbii qazın miqdarını mövcud yollarla illik 2 kub.metr artıra biləcəyini xatırladan iranlı nazirin köməkçisi doqquzuncu milli boru kəmərinin dövrəyə girməsi ilə İranın Türkiyəyə istənilən miqdarda təbii qaz verə biləcəyini söyləyib.

Firuzə Alimova / MTM