Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İraq ordusu PKK-nın ən böyük düşərgələrindən olan Mahmura girdi – Peşmərgələr qaçdı

05.03.2020 11:06

İraq təhlükəsizlik qüvvələri Mosulun Mahmur rayonunun mərkəzinə girib. Peşmərgə geri çəkilib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, İraq ordusu, federal polis qüvvələri  və “Haşdi Şabi”dən ibarət birgə qüvvələr səhər saatlarında tutduqları Mosul Kayyara qəsəbəsindən rayon mərkəzinə doğru hərəkət ediblər.

Rayon mərkəzində yerləşən Kürdüstan Demokrat Partiyasına (KDP) bağlı peşmərgələr bütün dövlət qurumlarından çəkilib. Bağdad rəhbərliyinin hərbi əməliyyat xəbərdarlığı həyata keçirilir. Mahmur İraq Kürd Regional Birliyinin paytaxtı olan Ərbilə təxminən 60 kilometr məsafədə yerləşir.

“Haşdi Şabi”nin Mahmura gəlməsindən narahat olan bəzi kürd ailələrin Ərbilə köç etməyə başladığı deyilir.

Ərbilin cənub-qərbində yerləşən Mahmur 2003-cü ildən bəri Peşmərgə qüvvələrinin nəzarətində idi.