İraqda hərbi helikopter qəzaya uğrayıb: ölənlər var
05.03.2020 11:06İraq ordusuna məxsusu hərbi helikopter uçuş zamanı qəzaya uğrayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.
İraq Hərbi Hava Qüvvələrinin məlumatına görə, qəza zamanı helikopterin içərisində olan 7 hərbçinin hamısı həlak olublar.
“Rusiya istehsalı olan “Mi-17″ helikopteri Əl-Kut əyalətinin yaxınlığında baş verib. İki pilot və beş İraq ordusunun zabiti həlak olublar”, – deyə bildirilib.
Qeyd olunur ki, qəzaya səbəb helikopterdəki texniki nasazlıq olub.
Orxan Aslanlı / A24.az

