Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İşçisinin əlini yandıran “qaynar xətt”lər – Hansı qısa nömrələr necə işləyir? ARAŞDIRMA

05.03.2020 11:06

Hər hansı təcili problemimiz olduqda tez bir zamanda həll olunmasını istəyirik, ya da həlli yollarını axtarırıq. Bunun üçün müvafiq dövlət qurumlarının “qaynar xətt”ləri də mövcuddur.

Об этом сообщает Роспрес

Ölkəmizdə fəaliyyət göstərən “qaynar xətt”lər əslində əhalinin ani yaranan problemini dinləyib, operativ şəkildə həll etmək, ona çıxış yolu göstərmək üçün nəzərdə tutulub. Təəssüf ki, əksər hallarda bu əlaqə vasitələri insanların problemlərini nəinki operativ şəkildə həll edir, hətta telefonun qarşı tərəfindəkilər ona cavab verməməklə insanlarda əlavə stress və əsəb yaradırlar.

A24.Az bu dəfə ölkədəki müvafiq qurumların “qaynar xətt”lərinin fəaliyyətini araşdırıb.

Maraqlıdır, görəsən hansı “qaynar xətt”lər insanların problemini “qaynar-qaynar” həll edir?

İlk müraciət etdiyimiz ünvan  Dövlət Gömrük Komitəsinin 195.6 nömrəli “qaynar xətt”i oldu. 2 dəqiqə 22 saniyə keçməsinə baxmayaraq zəngimizə cavab verən olmadı. Telefonun dəstəyindən yalnız qulaq batırıcı musiqi səslənirdi.

Sosial Müdafiə Fondunun 190 nömrəli “qaynar xətt”indən də zənglərimizə cavab verən olmadı, halbuki kiçik bir ümidlə də olsa, uzun müdddət gözlədik.

Vergilər Nazirliyinin 195.1 “qaynar xətt”i də bizi təəccübləndirmədi. Çox gözlədik, amma telefonun dəstəyini qaldıran olmadı. Sadecə problemimizi qoyduqları musiqi ilə müvəqqəti də olsa, unutdurdular.

Fövqəladə Hallar Nazirliyinin 112 saylı “qaynar xətt”inin  vətəndaşların problemlərinə laqeyd yanaşmadığı bəlli oldu. Fövqaladə hallarla qarşılaşan istənilən vətəndaş günün istənilən saatında 112 saylı qısa nömrəyə zəng edib, dərdini söyləyə bilər. Biz də, bu “qaynar xətt”lə asanlıqla əlaqə yarada bildik.

Səhiyyə Nazirliyinin 9103 nömrəli “qaynar xətt”i də bizə yuxarıda sadaladığımız qurumlardan fərqli “xidmət” təklif etmədi. Çünki bu nazirliyin “qaynar” xidmət göstərmək üçün nəzərdə tutulan xətti sanki fəaliyyət göstərmir. Üzücü məqam- zənglərimizə cavab verən olmadı.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “qaynar xətt”inin dəstəyində də çox gözlədik, amma cavab verən olmadı. Sadəcə musiqilərini dinləyə bildik.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – Bu qurumun “qaynar xətt”i 1655-dir. Nazirliyin adında rabitə sözü olsa da, rabitə yaratmaq ümumiyyətlə mümkün deyil, çünki bu xətt ümumiyyətlə işləmir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 146 nömrəli “qaynar xətt”i də bizi təəccübləndirməyi bacardı. Çünki zəngimizə cavab verildi. Təhsillə bağlı problemlərinizi ünvanlaya bilərsiniz.

Baş Dövlət Yol Polis İdarəsi – “Qaynar xətt”i 902-dir. Düzdür, dəfələrlə zəng etsək də, cavab verən olmadı, amma hər halda xətt işləyir. Bizə cavab verməmələrinə səbəb isə xəttin daim məşğul olması idi.

Azərsunun 955 nömrəli “qaynar xətt”indən isə zəngimizə cavab verdilər. Müraciətlərinizi ünvanlaya bilərsiniz.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin “qaynar xətt” 152-dir. Nə zaman zəng etsəniz, cavab verib yerindəcə problemi həll edirlər.

Mərkəzi Seçki Komissiyası – “Qaynar xətt”i 115-dir.  Təəssüf ki, zənglərə cavab verən olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi – Bu qurumun “qaynar xətt”i 168-dir. Fəaliyyət göstərir, zəngimizə dərhal cavab verdilər.

Təcili Tibbi Yardımın “qaynar xətt”i olan 103 çox operativdir. Zənglərə dərhal cavab verilir.

Uşaqların Müdafiə Komissarlığı – “Qaynar xətt”i 916-dır. Bu xətt ümumiyyətlə işləmir. Maraqlıdır, işləmirsə, niyə belə bir xətt mövcuddur?

Müəllif Hüquqlarının Qorunması Agentliyinin “qaynar xətt”i 960-dır. Operatorun cavabı: “bu nömrə təyin edilməmişdir”.

İqtisadi İnkişaf Nazirliyinin “qaynar xətt”i 195.2-dir. Bu xətt daha çox informasiya vermə xidmətini yerinə yetirir.

ASAN xidmətin “qaynar xətt”i 108-dir. 3 dəqiqə 29 saniyə xətdə gözlədik, ancaq zəngə cavab verən olmadı. Çünki bu qurumun “qaynar xətt”i növbə xidməti əsasında işləyir.

Yanğınsöndürmə xidmətinin “qaynar xətt”i 101-dir. Xətt fəaliyyət göstərir, zəngimizə dərhal cavab verildi.

Mərkəzi Qan Bankının 907 nömrəli “qaynar xətt”i olsa da, nömrə işləmir.

Bakı Elektrik Şəbəkənin “qaynar xətt”i 199-dur. Vəzifəsi Bakı şəhərini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək olsa da “qaynar xətt” həftə sonu fəaliyyət göstərmir.

Göründüyü kimi ölkədəki əksər nazirlik və dövlət qurumlarının nəzdində olan “qaynar xətt”lərin çoxu normal fəaliyyət göstərmir. Bu qısa nömrələrin əsas funksiyası insanların problemlərini yerindəcə həll etməkdir. Amma burada problemini deməyə heç  kimi tapa bilmirsən… Yəqin ki, bəzi qurumların “qaynar xətt”lərinin dəstəyi o qədər qaynardır ki, əməkdaşlar onu götürməkdə əziyyət çəkirlər.

Ülkər Yarıyeva