Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İşdən çıxarılan Fazil Məmmədov Federasiya prezidenti vəzifəsində qalır?

05.03.2020 11:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fazil Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, Fazil Məmmədov vergilər nazir olmaqla yanaşı, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) prezidentidir. İşdən çıxarılan nazir hazırda bu federasiyasının prezidenti olaraq qalır. Bu haqda AVİF-in rəsmi saytında rəhbərlik bölümündə Fazil Məmmədovun federasiya prezidenti, Sahib Ələkbərov federasiyanın 1-ci vitse-prezidenti, Fərhad Əliyev baş katib olduğu göstərilir.

Orxan Aslanlı // A24.Az