Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İşğal altında olan hansı torpaqlarımız qaytarıla bilər? – Nalbandyanın açıqlamasına ŞƏRH

05.03.2020 11:06

Ötən gün Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sensasion yaradacaq açıqlama verib. Erməni nazir bildirib ki, danışıqlar çərçivəsində işğal altında olan Azərbaycan ərazilərinin bir qismi geri qaytarılacaq.

Об этом сообщает Футляр от виолончели

Qaytarılacaq rayonlara gəldikdə, bunlar Qarabağın təhlükəsizliyinə və inkişafına təhlükə yaratmayacaq ərazilərdir.

Nalbandyanın açıqlamasını “A24.az”a şərh edən plitoloq Elman Nəsirov bildirib ki, bu heç də Nalbandyanın istəyi ilə olan bir məsələ deyil:

Bilirsiniz əslində Nalbandyan bu fikirləri ilə yenilənmiş model prinsiplərinə uyğun çıxış edib. Yenilənmiş model prinsiplərində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından söhbət gedir. Ermənistan da hər dəfə çalışırdı ki, bu məsələdən vaz keçsin, məsələ ilə bağlı heç bir öhdəlik götürməsin. Və əsaslandırırdı ki, məhz təhlükəsizlik nöqteyi-nəzərindən çıxış edərək, 7 rayonu onlar işğal altında saxlayırlar.

Yəni belə çıxır ki, Azərbaycan 7 rayonu özünə qaytarmaqda üzərinə öhdəlik götürməlidir ki, daha Dağlıq Qarabağla bağlı heç bir təhlükə yaratmayacaq və status-kvo vəziyyəti ilə barışacaq. Təbii ki, Azərbaycan heç bir zaman buna getməz. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir, biz Dağlıq Qarabağ uğrunda mübarizə aparırıq və ətrafındakı 7 rayon da işğal edilib, avtomatik olaraq həmin rayonlar geri qayıtmalıdır.

İndi ilk dəfədir Nalbandyan artıq etiraf etmək məcburiyyətində qalır ki, bəzi rayonları geri qaytarmaq lazımdır. Əvvəllər heç bunu da söyləmirdilər. Bu onu göstərir ki, artıq Azərbaycanın həm diplomatik sahədə apardığı ardıcıl və sistemli fəaliyyət, həm də hərbi üstünlüyü artıq öz işini görməkdədir. Xüsusilə də amerikalı eks-həmsədr Oakland son bəyənatında 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı fikirlərini səsləndirmişdi. Bu da rəsmi Vaşinqtonun mövqeyidir.

Belə olan təqdirdə heç şübhəsiz Nalbandyan məlum təzyiqlər fonunda belə bəyənat verib.”

Politoloq hansı rayonların qayratılacağına gəldikdə, bunu məxfi danışıqların əsas hissəsi kimi qiymətləndirdi:

“O ki qaldı konkret hansı rayonlar qaytarılacaq, onu söyləmək çox çətindir. Çünki bu heç də Nalbandyanın istəyi ilə bağlı bir məsələ deyil. Bu ümumi müzakirələr, həmsədrlərlə hər iki münaqişə tərəflərinin danışıqlar prosesi nəticəsində həmin rayonlar müəyyən edilməlidir. Ümumiyyətlə bəzi rayonlar deyil, Azərbaycanın işağl altında olan bütün torpaqları gec-tez geri qayıtmalıdır. Bu bizim danılmaz mövqeyimizdir və münaqişə məhz bu cür həllini tapmalıdır. Ancaq hansı rayonun ilk öncə qaytarılması, Nalbandyan hansı rayonları nəzərdə tutması ilə bağlı indidən fikir söyləmək çox çətindir. Yəni ad çəkmək belə məxfi danışıqlar prosesinə mənfi təsir göstərə bilər.

“Azvision.az”a şərhində politoloq Fikrət Sadıqov isə  “Ermənistan tərəfi toraqların geri verilməsi haqda bizə mesaj göndərir. Burada söhbət 5 rayondan gedir. Bu, Kazan və Madrid prinsiplərində də öz əksini tapmışdı. Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirməklə bu məsələni bilərəkdən uzadır. İndi vəziyyət xeyli dəyişib. Onlar çıxılmaz durumda olduqlarını başa düşürlər. Bu səbəbdən Ermənistan rəhbərliyi 5 rayonu azad etməyə hazır olduğunu bildirir. Kəlbəcər və Laçın bura daxil deyil” deyə qeyd edib.

Firuzə Alimova / A24.az