Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İŞİD azyaşlı uşaqlara necə təlim keçir? – ŞOK faktlar və yazışmalar

05.03.2020 11:06

İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən 35 nəfər İŞİD-çi haqqında aparılan araşdırma davam etdirilir.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, saxlanılan şəxslər arasında olan Səlim S. adlı bir şəxs İŞİD-in azyaşlılara təlim keçmək üçün dərnəklər qurduğunu söyləyib. Şübhəlilər yaxalanarkən tapılan disklərdə yaradılan həmin dərnəklərdə uşaqlara keçilən dərs qeydləri ortaya çıxıb. Həmin qeydlərdə “23 aprel, 19 may,  29 oktyabr, 30 avqust kimi bayramları qeyd edənlər kafir olacaq, Atatürkün, dövlət məhkəmələrinin, əsgərliyin, dövlət partiyalarının və bayramlarının rədd edilməsi” kimi ifadələr yer alıb.

Sənədlərdə həmçinin İŞİD-in azyaşlı uşaqların əlinə “Kalaşnikov” avtomatı verərək çəkdiyi şəkillər də aşkar olunub.

İstintaqçıların əldə etdikləri dəlillərdə şübhəlilərin “WhatsApp ” qrupundakı danışıqlarına da yer ayırılıb:

– Bu gün bir neçə TC uşağı gəbərdiblər.

– Oh, yaxşı olub, ölsün kafirlər.

– İndi onlara şəhid deyərlər.

– Sərhəddə gəlsələr, keçməyimiz rahat olar.

– Silahını əlinə alan çıxsın.

– Meydanlara çıxaq, müsəlman nədir görsünlər.

– Mən təkəm, çıxa bilmirəm, sənin ərin var.

– Oldu, mən də ona görə dedim ki, silahını əlinə alan çıxsın.

– Ötən gün yoldaşımı piyada gəzməyə apardım. Cihada hazırlaşmaq üçün mütləq cəbhədə olmaq lazım deyil ki. İdman etmirlər, burda bir şey olsa, müdafiə oluna bilməyəcəklər. İnşallah atış dərslərinə başlayacağıq meşədə.

–  Evli olsaydım, mən də başlayardım. Mən də ox atma dərslərinə evdə başlayacağam.

– İran prezidentinin köməkçisi İshak Cahangir Ankaraya gəlir.

– Muta uşağı p. övladına bir xoşgəldin demək boynumuzun borcudur.