Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İŞİD-in əlindən qurtulan 18 yaşlı qız: “40 nəfər tərəfindən təcavüzə məruz qaldım…”

05.03.2020 11:06

İŞİD-in əlindən qaçmağı bacaran 18 yaşlı Lamiya Hacı Başarın hekayəsi qələmə alınıb.

Об этом сообщает Руспрес

A24.Az-ın məlumatına görə, Lamiyə bildirib ki, atasını və qardaşını onun gözünün önündə güllələyiblər. O, İŞİD əsgərlərinin əlində olan 3500 yezidi qadından biri olub.

Lamiyə bildirib ki, Suriya və Şimali İraqda qaldığı müddətdə azyaşlıların seks köləsi olaraq yaşlılara satıldığına şahid olub.

O, kamikadzelərin hazırlanmasına kömək etməyə məcbur edilib. Hətta elə bir an gəlib ki, hazırda 18 yaşı olan bu qız otağa bağlanaraq eyni anda 40 nəfərin cinsi istismarına məruz qalıb. Yenə də yaşama sevincini itirməyən Lamiyə “onlar canavardan betər idilər” deyib.

Avropa Birliyinin ən üstün insan haqqları mükafatı olan ” Sakharov” medalı ilə təltif olunan Lamiyə öz sözlərinə belə davam edib: “Hər zaman güclü olmağı düşündüm. Çünki mənə verdikləri həyatı dəyişmək istəyirdim”.