Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İŞİD-in iç üzü ortaya çıxdı – İslamla əlaqələri yoxdur, dua belə bilmirlər

05.03.2020 11:06

BMT-nin Terrorla Mübarizə Mərkəzinin döyüşmək üçün Suriyaya gedən 12 ölkənin 42 kişi və 1 qadın arasında aparılan sorğunun hesabatı yayımlanıb. Belə ki, ötən həftə yayımlnan hesabatda İŞİD terrorçuların təhsil səviyyəsi, sosial vəziyyətləri və mənəvi halları haqqında təəccüb doğuran faktlar orataya çıxıb. Hesabatda 12 ölkədən 43 terrorçunun 33-nün Suriyaya getdiyi, lakin daha sonra ordan ayrılmağa qərar verdikləri qeyd edilib.

Об этом сообщает Руспрес

“Bu insanlar müsəlmanları müdafiə etdiklərini deyirlər. Lakin heç bir şey göründüyü kimi deyil. Din mövzusunda tamamilə məlumatsızdırlar. Dua etməyi belə bilmirlər. Heç biri yaxşı təhsil almayıb, düzgün sənəti belə yoxdur” deyilən hesabatda araşdırmanı aparan professor Hamed el-Said və terrorçuluqla mübarizə üzrə ingilis mütəxəssis Richard Barrett fərqli səbəblərdən dolayı terrorçuların Suriyaya gediş məqsədlərinin çətinləşdiyini söyləyib.

Hesabatda 12 ölkədən 43 terrorçunun 33-nün Suriyaya getdiyi, ancaq daha sonra burdan ayrılmağa qərar verdiyi qeyd edilib. 10 nəfərin isə Suriyaya çatmadan təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı bildirilib.

Hesabatda yer alan məlumatda deyilir ki, İŞİD-çilər Suriyaya terrorçu olmaq niyyəti ilə getmədiklərini, qayıdarkən də terrorçu olmaq məqsədi güdmədiklərini iddia edirlər. Suriyada qazandıqları yeganə sınaq isə mərmisiz atəş açmaq kimi sadə məşqlər olub.

Həmçinin hesabatda İŞİD-ə qoşulanların profili verilib: işsizdirlər, təhsilləri yoxdur, yoxsulluq içərisində böyüyüblər, İslam haqqında heç nə bilmirlər, əksəriyyəti kişidir, gənc yaşdadırlar, işçi qüvvələri uşaqlardır, həyatı mənasız görürlər.

Firuzə Alimova / MTM