İŞİD Mosulda 17 ailənin üzvünü edam etdi
05.03.2020 11:07İŞİD terror qrupu Mosul şəhərinin qərbindən qaçmaq niyyətində olan 17 ailənin üzvlərini edam edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az IRNA-ya istinadla xəbər verir ki, İŞİD üzvləri Mosulun qərbində yerləşən Əlzəncəli məntəqəsinin “Əlbərkə” adlı yerli bazarında 17 iraqlı ailənin üzvlərini atəşə tutublar.
Dünən gecə isə Mosulun şimal-qərbində yerləşən Əlhərmat məntəqəsində avtomobili partladılıb. Nəticədə bir nəfər ölüb, beş nəfər də yaralanıb.
İŞİD terrorçuları xüsusən Neynəva vilayətində iraqlı əsgərlərə dalbadal məğlub olduqdan sonra İraqın müxtəlif şəhərlərində mülki əhalini qırmağa başlayıblar.

